Ermənistan müdafiə nazirliyinin nümayəndə heyəti İtaliyaya səfər edib

2018/10/IMG_6-1539263842.jpg
Oxunub: 438     17:39     11 Oktyabr 2018    
Oktyabrın 9-10-da Ermənistan müdafiə nazirliyinin V.Sarkisyan adına hərbi universitetin komanda qərargah fakultəsinin rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti tanışlıq məqsədilə İtaliyaya səfər edib.

Ordu.az xəbər verir ki, səfər çərçivəsində erməni nümayəndə heyəti üçün İtaliya Silahlı Qüvvələrinin ümumqoşun qərargah kollecinin və hərbi strateji araşdırmalar mərkəzinin quruluşu, fəaliyyəti, tədris proqramları, tədris edilən fənnlər, dinləyicilər və müəllim heyətinin seçimi və hazırlanmasına dair brifinqlər təşkil edilib.

Erməni nümayəndə heyəti isə Ermənistan müdafiə nazirliyinin V.Sarkisyan adına hərbi universitetin komanda qərargah fakultəsinin və milli hərbi araşdırmalar universitetinin fəaliyyəti barədə ətraflı məlumat verib.

Səfər zamanı hər iki ölkənin hərbi tədris müəssisələrinin qarşılıqlı əməkdaşlığına dair məsələlər müzakirə edilib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   İtaliya  

Ermənistan müdafiə nazirliyinin nümayəndə heyəti İtaliyaya səfər edib

2018/10/IMG_6-1539263842.jpg
Oxunub: 439     17:39     11 Oktyabr 2018    