Pentaqonun KQ ilə bağlı planı hələ də dəqiqləşdirilməyib

2018/10/nrosa-1539263334.jpg
Oxunub: 166     17:43     11 Oktyabr 2018    
“Kosmik Qüvvələrin yekun forması ilə bağlı planlar hələ də naməlum olaraq qalır və onun hansısa nəticədən çox uzaqda olduğu görülür”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri ABŞ Müdafiə nazirinin müavini Patrik Şanahan bildirib.

“Yekun cavab bu və gələn ayda hazır olmayacaq. Tutaq ki, büdcəni dəqiqləşdirdik, bəs bu büdcəni kimə ötürəcəyik? Onu ABŞ QQ, HHQ yoxsa, Kosmik İnkişaf Agentliyinə verəcəyik? Bu hüquqi təklif hələ də tam əhatəli deyil”, - deyə o vurğulayıb.

Şanahan bu suallara cavab tapılması məqsədilə Pentaqonun Tədqiqat və Mühəndislik bölməsinin rəhbəri Maykl Qriffinlə görüşdüyünü və müzakirə etdiyini söyləyib.

Onun sözlərinə görə, sual doğuran məqamların əksəriyyəti texniki hissələrdir və Kosmik Qüvvələr Konqresə təklif olunmazdan əvvəl bu suallar cavablandırılmalıdır. Yalnız bundan sonra Konqresin bu məsələ ilə bağlı müsbət qərar qəbul edəcəyini gözləmək olar.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Pentaqon   Kosmik-Qüvvələr  

Pentaqonun KQ ilə bağlı planı hələ də dəqiqləşdirilməyib

2018/10/nrosa-1539263334.jpg
Oxunub: 169     17:43     11 Oktyabr 2018    