Rusiya Gürcüstan-NATO təlimləri ilə bağlı sərhədlərini gücləndirəcək

2018/10/12047-1539263015.jpg
Oxunub: 366     17:26     11 Oktyabr 2018    
Rusiya Gürcüstanın NATO ilə birlikdə keçirəcəyi hərbi təlimlər zamanı sərhədlərinin təhlükəsizliyini təmin etmək məqsədilə əlavə tədbirlər görəcək.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Qriqori Karasin bildirib.

“Biz sərhədlərimizdə təşkil olunacaq belə böyük təlimə uyğun ölçülü cavab verəcəyik. Təbii olaraq, sözügedən təlimin hazırlıqları davam etdiyi vaxtda da zəruri addımlar atılacaq”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Gürcüstan və NATO gələn ilin martında daha öncə görülməmiş miqyasda hərbi təlimin keçirilməsinə hazırlaşır.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: NATO   Gürcüstan  

Rusiya Gürcüstan-NATO təlimləri ilə bağlı sərhədlərini gücləndirəcək

2018/10/12047-1539263015.jpg
Oxunub: 367     17:26     11 Oktyabr 2018    