“National Interest”: ABŞ Rusiyanın MiQ-29-larını necə əldə etdi?

2018/10/5a37d-1539262615.jpg
Oxunub: 786     17:12     11 Oktyabr 2018    
Sovet İttifaqı 1991-ci ilin sonlarında dağılanda yeni müstəqil dövlətlər Qırmızı Ordunun geridə buraxdığı nəhəng miqyasda silah imkanlarına sahib oldular.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, ən maraqlı hadisələrdən biri kiçik Sovet respublikası Moldova Hərbi Hava Qüvvələri ilə bağlı idi.

Bu ölkənin silahlanmasında 34 ədəd MiQ-29 “Fulcrum”, 8 ədəd Mi-8 “Hip” helikopteri, eyni zamanda bir ədəd nəqliyyat təyyarəsi var idi. Bu rəqəmlər Modova kimi kiçik bir dövlət üçün böyük idi.

Ölkə bu filotiliyanın baxımı üçün tələb olunan maliyyəni qarşılaya bilmirdi. Eyni zamanda Birləşmiş Ştatlar Moldovanın bu təyyarələri İrana satacağından ehtiyat edirdi. İran isə bu təyyarələrdən özünün “Fulcrum” eskadrilyasını genişləndirməkdə istifadə edə bilərdi.

Vaşinqtonun onu da anlayırdı ki, Moldova bu texnologiyanı İranın rəqiblərinə də ötürə bilər. Eskadrilyada olan 14 ədəd MiQ-29C təyyarəsinin nüvə silahlarından istifadə edə bildiyini nəzərə aldıqda, bu da ürəkaçan ideya deyildi.

Beləliklə 1997-ci ildə ABŞ özünün ən böyük silahı olan pulunu MiQ-29-ları əldə etmək üçün işə saldı. Vaşinqton o zaman MiQ-29-ların 21-ni satın aldı ki, onlardan 14-ü aydın olduğu kimi C, 1-i B, 6-sı isə A modeli idi.

Vaşinqtonun bu razılaşmadan qazancı həmin təyyarələrin İranın əlinə keçməməsini təmin etməklə yanaşı, həm də Sovet İttifaqının ən qabaqcıl təyyarələrindən birini dərindən analiz imkanı əldə etməsi olarkən, Moldova 40 milyon dollar humanitar yardım, bir neçə hərbi yük maşını və bir sıra ölümcül olmayan ləvazimat əldə etdi.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   MiQ-29   Rusiya  

“National Interest”: ABŞ Rusiyanın MiQ-29-larını necə əldə etdi?

2018/10/5a37d-1539262615.jpg
Oxunub: 787     17:12     11 Oktyabr 2018    