Rusiya HDD "Karakurt"ların mühərriklərini dəyişdirməkdən imtina etdi

2018/10/15391-1539261598.jpg
Oxunub: 517     16:38     11 Oktyabr 2018    
22800 layihəli kiçik raket gəmiləri ("Karakurt") bundan sonra da Sankt-Peterburqun "Zvezda" şirkəti tərəfindən hazırlanan M507 dizel mühərrikləri ilə təchiz olunmaqda davam edəcək.

Ordu.az xəbər verir ki, bu barədə "Mil.Press FlotProm" saytı gəmiqayırma sənayesində olan mənbələrə istinadən məlumat yayıb.

Mənbəyə görə, komandanlıq iki əvəzetmə variant: "ODK-Saturn" istehsalı olan M70FRU-P qaz turbinli və ya Çinin "Henan Diesel Engine Industry Limited "tərəfindən istehsal edilən CHD622V20 dizel mühərikləri üzərində işləyir.

Əvəzlənmə məsələsi "Zvezda" şirkətinin katerlər üçün dizel mühərriklərinin və generatorlarının təchizatı qrafikinə əməl edə bilməməsindən sonra ortaya çıxıb. Keçən il müştəriyə verilməli olan avadanlıqlar ən tezi 2019-cu ildə verilə biləcək.

Hazırda, şirkətin "təqib" qrafikində çatdırılma planı tərtib edilib. Rusiya HDD komandanının müavini vitse-admiral Viktor Bursuk vəziyyətə nəzarət edir. Hər ay bu mövzuda yığıncaqlar keçirilir. Vəziyyətin ətraflı təhlilindən sonra komandanlıq köhnə mühərriklərdən istifadə etmək qərarına gəlib.

Xatırladaq ki, Rusiya Hərbi Dəniz Qüvvələri bütövlükdə 23 ədəd "Karakurt" kiçik raket kateri əldə etməyi planlaşdırır.

Aytəkin Vəliyeva
Ordu.az

Teqlər: Rusiya   HDD   Karakurt  

Rusiya HDD "Karakurt"ların mühərriklərini dəyişdirməkdən imtina etdi

2018/10/15391-1539261598.jpg
Oxunub: 518     16:38     11 Oktyabr 2018    