"Global Firepower": Azərbaycan tank qüvələrinə görə Ermənistandan 21 pillə irəlidədir

2018/10/333-1539261282.jpg
Oxunub: 12904     16:51     11 Oktyabr 2018    
Ən güclü tank qüvvələrinə sahib ölkələr arasında Azərbaycan 34-cü, Ermənistan 55-ci yerdədir.

Ordu.az xəbər verir ki, bunu "Global Firepower" beynəlxalq təhlil mərkəzi ən güclü tank qüvvələrinə sahib ölkələrin reytinq cədvəlində yayımlayıb.

Siyahıda təqdim edilən 100 ölkə arasında Türkiyə 10-cu, İran 15-ci, Azərbaycan 34-cü, Ermənistan 55-ci, Gürcüstan 57-ci yerdədir. Ən yaxşı onluq arasında isə Rusiya, Çin, ABŞ, Şimali Koreya, Misir, Suriya, Hindistan, İsrail, Cənubi Koreya və Türkiyə yer alıb.

Siyahının sonunda isə Mavritaniya, Macarıstan, Makedoniya kimi ölkələr yer alıb.

Xatırladaq ki, daha öncə "Global Firepower" təhlil mərkəzi tərəfindən hərbi hava qüvvələrinin gücünə görə tərtib edilmiş siyahıda Türkiyə 10-cu, Azərbaycan 62-ci, Ermənistan 85-ci, Gürcüstan 88-ci yeri tuturdu.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: GlobalFirepower   Tank  

"Global Firepower": Azərbaycan tank qüvələrinə görə Ermənistandan 21 pillə irəlidədir

2018/10/333-1539261282.jpg
Oxunub: 12907     16:51     11 Oktyabr 2018    