Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində oktyabrın 12-də Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan müdafiə naziri Davit Tonoyan iclasda iştirak etmək üçün oktyabrın 11-də Özbəkistana yola düşüb.
İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunacaq.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan-ordusu
Tonoyan
MDB