ABŞ Senatı Ərəb koalisiyasına hərbi yardımın təsdiqləməsini tənqid edib

2018/10/10564-1539258256.jpg
Oxunub: 404     15:42     11 Oktyabr 2018    
ABŞ senatorları Dövlət katibi Mayk Pompeonun Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyinə hərbi yardımı təsdiqlədiyindən dolayı sərt reaksiya veriblər.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bununla bağlı 7 senator açıq məktub yazaraq Pompeonu 31 oktyabra qədər Yəməndə mülki itkilərin artmasına dair hesabat hazırlamağa çağırıblar.

Onlar eyni zamanda hərbi yardımın ediləcəyi ölkələrin Yəməndə mülki itkilərin azaldılması istiqamətində əhəmiyyətli hesab edilə biləcək addım atdıqlarından şübhə duyduqlarını bildiriblər.

Xatırladaq ki, ötən ay BMT-nin Ərəb koalisiyasının zərbələrinə dair hesabatında koalisiyanın Yəməndə 16 min sivilin ölümündən məsul olduğu göstərilib.

Aytəkin Vəliyeva
Ordu.az

Teqlər: ABŞ   Senat   Səudiyyə  

ABŞ Senatı Ərəb koalisiyasına hərbi yardımın təsdiqləməsini tənqid edib

2018/10/10564-1539258256.jpg
Oxunub: 405     15:42     11 Oktyabr 2018    