Rusiyanın "Federasiya" kosmik gəmisinin ilk buraxılışı təxirə salına bilər

2018/10/15392-1539257056.jpg
Oxunub: 427     15:15     11 Oktyabr 2018    
Yeni "Soyuz-5" daşıyıcısı ilə "Federasiya" kosmik gəmisinin pilotsuz versiyasının ilk buraxılışı 2022-ci ildən 2023-cü ilə keçirilə bilər.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə kosmik raket sənayesindəki mənbələr bildirib.

Məlumata görə, daha əvvəl "Soyuz-5" raketinin və "Federasiya" kosmik gəmisinin buraxılışının 2022-ci ildə “Baikonur” kosmodromundan, kosmonavt olmadan avtomatik rejimdə MKS ilə birləşməsi üçün ikinci buraxılışın isə 2023-cü ildə keçirilməsi planlaşdırılırdı.

Eyni zamanda pilotlu uçuşun 2024-cü ildə baş tutması gözlənilirdi. Bu gün buraxılışlara dair yeni qrafikin hazırlandığı aydın olub.

Belə ki, "Federasiya"nın ilk dəfə orbitə çıxarılmasını 2023-cü ildə həyata keçirmək təklif olunur. Bundan əvvəl isə "Soyuz-5"in 2022-ci ilin ortalarında və sonlarında iki sınaq buraxılışı həyata keçiriləcək. 2024-cü ildə də "Soyuz-5"in iki buraxılışı planlaşdırılır: birincisi "Federasiya"nın pilotsuz, ikincisi isə ekipajla olacaq.

Xatırladaq ki, yeni "Federasiya" kosmik vasitəsi yarım əsrdən artıq müddətdə istifadə edilən "Soyuz" kosmik gəmisini əvəz etməlidir. 2009-cu ildən bəri "Enerji" korporasiyası bu istiqamətdə fəaliyyət göstərir. Gəminin ilk buraxılışı 2015-ci ilə planlaşdırılırdı, lakin müəyyən texniki səbəblərdən bu günə qədər ləngimələr baş verib.

Həmçinin məlumatda bildirilir ki, "Federasiya" ekipaj və yükləri həm MKS-ə, həm də Aya çatdıracaq. Gəmi, avtonom rejimdə 30 günədək, MKS və ya aya yaxın stansiyanın tərkibində isə bir ilə qədər uçuş müddətinə malikdir.

Aytəkin Vəliyeva
Ordu.az

Teqlər:

Rusiyanın "Federasiya" kosmik gəmisinin ilk buraxılışı təxirə salına bilər

2018/10/15392-1539257056.jpg
Oxunub: 428     15:15     11 Oktyabr 2018    