İşğaldan azad edilmiş Qazaxlar kənd sakinləri ilə MÜSAHİBƏ (FOTOLAR)

2018/10/4564-1539257518.jpg
Oxunub: 21473     15:28     11 Oktyabr 2018    
Aprel döyüşləri zamanı, 3 istiqamətdən erməni postlarının nəzarəti altında olan daha bir kənd - Qazaxlar kəndi Azərbaycan ordusu tərəfindən təmamilə azad edilib. İndi bu kənddə rahatlıqla gəzmək mümkündür. Qeyd edim ki, Tərtər rayonunun Qazaxlar kəndi, 1992-ci ildə erməni artilleriyası tərəfindən təmamilə dağıdılaraq yaşanmaz hala gətirilib. Kənd Goranboyun Tap Qaraqoyunlu kəndinin bir neçə yüz metrliyində yerləşir. Bu kəndin sakinləri hazırda Tap Qaraqoyunluda məskunlaşıblar.

Ailələrlə həmsöhbət olmaq üçün kəndə gedirəm. Kəndin mərkəzində düşüb, qarşıma çıxan ilk adamdan Qazaxlar kəndinin sakinləri haqqında maraqlandım. Axtardığım ailələrdən birinin ünvanını tapıb, qapısını döyürəm. Dəvət alıb içəri keçdim. Özümü təqdim edib, gəlişimin səbəbini dedim. Yemək stolunda əyləşən orta yaşlı kişi xoşgəldin deyib, oturmağımı təklif edir. Qonağı olduğum İbrahim dayı ilə söhbətimin maraqlı olacağını elə ilk danışığında hiss etmək o qədər də çətin deyildi.

- Əmi bir az sizi tanıyaq. Özünüz barədə məlumat verməyinizi xahiş edirəm.

- Mən, Vəliyev İbrahim Xanlar oğlu 1962-ci ildə Tərtər rayonunun Qazaxlar kəndində anadan olmuşam. Kəndimiz, Talış kəndi ilə, Goranboyun Tap Qaraqoyunlu kəndi arasında yerləşir. Mənim eşitdiyimə görə, əvvəllər kəndin adı Qırmızısaqqallar olub. Sonradan sovet hakimiyyəti dövründə Qazaxlar adlandırılıb.

- İbrahim dayı təbii ki, çox da uzaq olmayan bir keçmişdir. Uşaqlıq anlarınızın keçdiyi o yerlərin gözlərinizin önündə məhv olması sizə necə təsir edirdi. O günləri necə xatırlayırsınız?

- Hadisələr başlayandan sonra o kəndin müdafiəsində xanımlarımız da bizimlə birgə dayanıblar. Ermənilərin kəndə hücumları tez-tez olurdu. Qardaşım Əhməd həmişə bizə başbilənlik edirdi. Ermənilər də hamımızı tanıyırdılar. Bir gün qardaşıma səslənib dedilər ki, "Ara Əhməd səni tutub dərini soyacağıq". Dəfələrlə belə hallar olub. Hətta elə gün olub ki, 2 dəfə kəndə hücum ediblər. Görüblər ki, kəndə girə bilmirlər, ondan sonra toplardan və minamyotlardan kəndə atmağa başlayıblar. Kənddə yaşayış çətinləşdiyindən ailə uşağı çıxardıq. Biz də elə güclü müqavimət göstərə bilmədik. Məcburən, kəndi tərk etməli olduq. Bizdən sonra ermənilər kəndə doluşub evləri yandırıb çəkildilər. Qalan tikililərimizi isə kənardan qradlar və toplardan ataraq dağıtdılar. Yəni sizin bildiyiniz o kəndi iki qardaşın övladları qoruyub.

- İndi tam, sərbəst şəkildə kənddə hərəkət etmək mümkündür. Kənd yenidən bərpa olunduqdan sonra, ora köçüb yaşamaq istərdinizmi?

- Nə danışırsınız, indi mənim uca Allahdan bir istəyim var ki, əcəl verincə buna macal versin. Mənim ən böyük arzım odur ki, Qazaxlarda evlərimizin qalıqlarının qorunması üçün nəsə edə bilim. Evlərimizin yanında yeni ev tikəsi olsam da, o xarabalıqları da qoruyub saxlayacam. Çünki gələcək nəsillər, ermənilərin başımıza gətirdiyi müsibətləri real olaraq görməlidirlər. Biz indi bu dəqiqə 5 qardaş 2 bacının hamısı, bizim övladlarımız da, o alçaqlara qarşı döyüşə atılmağa hazırıq.

İbrahim dayı ilə söhbətim xeyli çəkdi. Vaxt azlığını nəzərə alaraq, işimi tez yekunlaşmaq istəyirdim. Lakin, nə İbrahim dayı kəndlə bağlı xatirələrini danışmaqdan yorulur, nə də mən onun bu şirin söhbətini kəsməyə cəhd etmirdim. Bir müddət sonra qapının döyülməsinə görə söhbətimizə ara verməli olduq. Ev sahibiylə sağollaşıb digər bir ailənin yaşadığı evə doğru yollandım. Kəndin bu istiqaməti daim ermənilərin atəşi altında olduğundan, burada olan evlərin böyük əksəriyyəti atılan güllələrdən xəsarət almışdı. Küçə ilə üzüaşağı getdikcə hər yerə diqqət edirdim. Evlərin bəzilərinin divarlarında hələ də güllə yerləri qalmaqda idi. Lakin, aprel döyüşlərindən sonra, küçədə yeni evlərin tikintisinin də çoxluğu diqqətimi çəkdi. Mərkəzi küçədən sola dönüb, getdiyim evin qapısını döydüm. Bu evin sahibəsi, Kəklik nənə də yer üzündən silinən Qazaxlar kəndinin sakinidir.

Kəklik Vəliyeva 1937-ci ildə Tərtərin Borsunlu kəndində anadan olub. Aclıq illərində ailəsi Zazalıya köçür. Bir müddət sonra, ailəsi, Qazaxlar kəndində yaşayan qohumlarının yanına köçür. Elə həmin vaxtdan da Qazaxlar kəndində yaşamağa başlayırlar.

- Kəklik nənə Qazaxlar kəndi barəsində bizə bir az ətraflı məlumat verərdiniz.

- Mənim o vaxt 5-6 yaşım olardı. Qazaxlar kəndində qohumlarımız vardı. Orda Cəfər kişi, Temir kişi, Abbasəli kişi var idi. Onların yanına gəldik. Elə ovaxtan orada yaşamağa başladıq. Həmin vaxt orada 40-a yaxın ev var idi. Düzdür, ilk illərdə bir az çətinlik çəkdik. İndiki kimi yadımdadır, ora gəlməyimiz də, orada keçən uşaqlıq illərim, gəncliyim də... Nə deyim ay bala?

Gözləri dolan nənə yaşlılıqdan qırışan əllərini üzünə aparıb sığal çəkdi. Başında olan yaylığını düzəldib üzümə baxdı. Kəklik nənənin gözlərində dərin bir məna var idi. Sual vermək istəyirdim ki, o dilləndi...

- Bura bax ay bala de görüm, biz Qazaxlara nə vaxt köçəcəyik?

- İnşallah çox yaxın vaxtlarda köçəcəyik nənə can, buna tam əmin ol.

Kəklik nənə əllərini yuxarı qaldırıb “Şükür sənə ay Allahım” deyə pıçıldadı.

- Kəklik nənə neçə övladınız var?

- Mən elə Qazaxlarda ailə qurmuşam. 7 övladım var, 5-i oğlan, 2-si qızdır. Onların hamısına elə Qazaxlarda toy elədim. Bizim kənddə əsasən otlaq sahələr və üzümçülük çox yayılmışdı. Camaat əsasən heyvandarlıqla və əkinçiliklə məşğul olurdu. O vaxt Sovet hakimiyyətinin vaxtı idi. Pambıq yığımına kömək üçün, kənd əhalisinin bir hissəsini Tərtərin Borsunlusuna, bir hissəsini Goranboyun Qızılhacılı kəndinə apardılar. O vaxt pambıqda yaxşı pul verirdilər deyə, kənd camaatı da getdikləri yerlərdə torpaq alıb orada qaldılar. Qalan kənd sakinləri də harada qohumları varıydısa işləmək üçün, ora getdilər. Müharibə başlayanda kənddə bir bizim ailə, bir də qayınım Boranın ailəsi qalırdı. Gözəl yaşayışımız var idi. Heyif ki, acılı-şirinli günlərimin olduğu o kəndin indi sadəcə adı qalıb.

- Müharibədən söz düşmüşkən, yəqin ki, qonşu kənddə yaşayan ermənilər bura gəlib gedirdilər?

Gözlərini qıyıb bir az duruxdur. Astaca əsən əlləriylə stolun üstündə olan örtüyün qırışlarını düzəltdi. Dərindən köks ötürüb sözə başladı.

- Əlbətdə ki, ay bala. Amma, bunlar çox alçaq millətdirlər. Heç zaman yadımdan çıxmayıb, çıxmazda. Bu alçaqlar həmişə yanımıza dilənməyə gələrdilər. Hər gəlişlərində onlara bilirsənmi nə qədər hörmət edirdik. Çörəyimizin artığın yeyə-yeyə üzümüzə ağ oldular.

Bu sözləri deyəndə söhbətinə ara verdi. Nənənin üzündə qəzəb dolu bir ifadə varı idi. Sanki, əliylə verdiyi çörəyin haqqını namərdliklə qaytaran nankor qonşuya etdiyi hörmətə görə özünü qınayırdı.

- Onlar həmişə bizə qarşı ürəklərində böyük bir kin saxlayıblar. Bunu bəzi hallarda gizləməyə çalışsalar da, amma çox vaxt büruzə verməkdən belə çəkinmirdilər. Talışda Armenihü adında bir erməni arvad varı idi, onu yaxşı tanıyırdım. Bir gün Tərtərə gedirdik, Talışdan keçəndə bu qadın əl elədi və biz onu maşına götürdük. Yol boyu ordan-burdan danışdıq. Çaylı kəndinin içində bir bulaq varıydı, həmişə onun yanında dayanıb su içərdik. Bu dəfə də elə etdik.

Erməni qadın su içəndən sonra dedi ki, bizim erməni bulaqlarının həmişə yaxşı suyu olur. Bunu hələ də xatırlayanda əsəbləşirəm. Ona dedim ki, ay qız erməni bulağın üstündə nəsə tikilə bilər, amma su bizə Allahın bəxş etdiyi sərvətdir. Nəsə cavabım onu qane etmədi. Yenə deyirəm dediyi söz mənə çox pis təsir etmişdi. O vaxtlar ermənilərin Ağdərə kəndlərində etdikləri işgəncələri eşitmişdim deyə, sözümü demək üçün ehtiyatlanmırdım. Bir neçə şəxs mənə əllərinin işarəsiylə sakit olmağımı bildirdilər. Çünki, Sovet rejiminin kəsakəs vaxtında elə söz deyəni həbs edirdilər. Amma elə əsəbləşmişdim ki, heç nə gözümdə deyildi. Hər nə olar-olar qoy olsun dedim. Ona görə də sözümə davam elədim. Ona dedim ki, niyə nankorsunuz. Sizi it küçüyü kimi, ordan-burdan qovub çöllərə salıblar. Biz sizə sahib çıxmışıq. Qapımızda yallanmısınız, indi bizimki deyib sahiblənmək istəyirsiniz. Erməni arvadı yarı yolda maşını saxladıb düşdü.

Əsən əlləriylə stolun üstündəki armudu stəkanı əlinə alıb, bir qurtum su içdi.

- Müharibə başlayandan sonra nələr baş verdi? Bu barədə bir az məlumat verərdiniz.

- Ara qarışandan sonra, elə bil heç nə olmamış kimi, hərdən kəndə gəlirdilər. Yenə də ürəyimizdə olan insanlığa görə, onlara heç nə demirdik. Sən demə əsl üzlərini sonra göstərəcəklərmiş.

- Necə yəni kəndə gəlirdilər?

- Hə bala, hərdən bir gəlib gedirdilər. Gələndə də deyirdilər ki, biz sizinlə dostuq. Amma, sən demə bu alçaqların iç üzü sonra açılacaqmış. O vaxtdan etibarən gah balaca tüfənglə, gah yekə silahlarla kəndi gülləyə tutmağa başladılar. Elə buna görə də kəndi ermənilərdən qorumaq üçün, yoldaşım, qaynım, qaynımın oğlu və oğullarımın 5-i də kəndi müdafiə etməyə başladı. Hər axşam postda dururdular. Elə də asan deyildi. Gündüz təsərrüfat işlərində işləyib gecələr postda durmaq onları lap əldən salırdı. Amma, buna məcbur idilər deyə bütün əziyyətlərə qatlaşırdılar.

Bir dəfə gündüz idi, bir neçə erməni dığasının kəndə gəldiyini gördüm. Oğlumu çağırıb tez atasına xəbər salmasını istədim. Quş tüfənglərindən bir neçə dəfə atdılar. Ermənilər güllə səsini eşidib ora-bura qaçışıb səpələndilər. O gecəni səhərə kimi yata bilmədik. Hər dəqiqə gəlmələrini gözləyirdik. O, hadisədən bir neçə gün sonra, kəndə "bomba" atdılar. Adına "Alazan" deyirdilər. Bala ondan sonra, bax bu Ağdərə alınan vaxta qədər onlar kəndə girə bilmədilər. Sonra o yekə atılan toplarla atmağa başladılar. Ölüm olmasın deyə kənddən çıxdıq və Tap Qaraqoyunluya gəldik. Baxanda gördük ki, ermənilər kəndə girib evlərimizi yandırmağa başlayırlar. Hər şeyimiz vardı bala, erməninin ciyəri yansın hər şeyimizi məhv elədilər.

Kəklik nənənin yaşlılıqdan əsən əlləri, baş verənləri xatırladıqca bir azda sürətlə əsirdi. Yaşadıqlarını xatırladıqca, hərdən səsi titrəyir, qəhərə boğulurdu.

Bala nəyimiz vardısa hamısın itirdik. Amma, biz məcburi köçkün statusu ala bilmədik. Səbəbini bilmirəm niyə, amm bu bizə şamil olunmadı. İndi 81 yaşım var. Elə istəyirəm ki, o kəndin qalıqlarını bərpa etdirib ömrümün son günlərini orda yaşayım.

Kəklik nənənin səsi titrədi. Gözlərindən iki damla yaş süzülərək, üzündəki qırışların açdığı izlə axıb çənəsində düyünləndi. Nənənin bu sözlərindən sonra əlavə suala ehtiyac duymadım. Çünki, o, son sözləri ilə söhbətimizin nöqtəsini qoymuşdu.

Dasqin Guneyli
Ordu.az

Teqlər: Qazaxlar   Aprel-döyüşləri  

İşğaldan azad edilmiş Qazaxlar kənd sakinləri ilə MÜSAHİBƏ (FOTOLAR)

2018/10/4564-1539257518.jpg
Oxunub: 21474     15:28     11 Oktyabr 2018    