Qarabağdakı erməni əsgərlər kütləvi şəkildə zəhərlənib

2018/10/15373-1539250252.jpg
Oxunub: 495     13:56     11 Oktyabr 2018    
İşğal altında olan Ağdərə ərazisində yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində əsgərlər arasında növbəti kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

Ordu.az xəbər verir ki, məlumatı verən şəxsin bildirdiyinə görə bu yaxınlarda 6-cı alayda xidmət edən xeyli sayda hərbi qulluqçu zəhərlənmədən xəstəxanaya yerləşdirilib.

Zəhərlənmədən ölən olmasa da istifadə müddəti keçmiş qida məhsullarını əsgərlərə verən hərbi hissədə yoxlamalar başlayıb.

Xəbərdə o da iddia edilir ki, bir neçə başqa bölmədə də istifadə müddəti keçmiş qida məhsulları aşkar edilib.

Fakt ictimaiyyətdən gizlədilsə də, hərbi polis tərəfindən araşdırma aparılır.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-ordusu   Qarabağ   Zəhərlənmə  

Qarabağdakı erməni əsgərlər kütləvi şəkildə zəhərlənib

2018/10/15373-1539250252.jpg
Oxunub: 496     13:56     11 Oktyabr 2018    