Tramp administrasiyası Ər-Riyada silah satışını dayandrımaqda könülsüzdür

2018/10/45645-1539249807.jpg
Oxunub: 314     13:22     11 Oktyabr 2018    
ABŞ hökuməti “Washington Post”un köşə yazarı Camal Xaşoqqinin yoxa çıxmasında Səudiyyə Ərəbistanının məsuliyyət daşıdığı sübuta yetiriləcəyi təqdirdə bu ölkəyə silah satışının dayandırılması istiqamətində edilən çağırışlara könülsüz yanaşır.

Ordu.az “Politico”ya istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp danışıb.

“Biz hazırda elə bir ölkəyə sahibik ki, o, bütün tarixinin ən yaxşı iqtisadi siyasətini həyata keçirir. Bunun bir hissəsi də bizim müdafiə sistemlərimizin ona töhfəsidir. Hər kəs onları istəyir və əgər silah satışını dayandırsaq, ölkəmiz üçün yaxşı nəticələr doğurmaz”, - deyə Tramp bildirib.

O qeyd edib ki, öncə nə baş verdiyini dəqiqləşdirmək və bütün faktların ortaya çıxmasına qədər hansısa tədbir görməkdən yayınmaq istəyir.

Xatırladaq ki, Xaşoqqi İstanbuldakı Səudiyyə konsulluğunu ziyarəti zamanı yoxa çıxıb və artıq bir həftədir ki, tapılmayıb. Bir çoxları onun konsulluqda öldürüldüyünü iddia etsə də, Səudiyyə rəsmiləri bu iddiaları rədd edərək, Xaşoqqinin konsulluğu tərk etdiyini bildirirlər.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Tramp   Səudiyyə  

Tramp administrasiyası Ər-Riyada silah satışını dayandrımaqda könülsüzdür

2018/10/45645-1539249807.jpg
Oxunub: 315     13:22     11 Oktyabr 2018    