Donbasdakı qarşıdurmalarda tərəflərin itkiləri artmaqdadır

2018/10/02_PE-1539249532.jpg
Oxunub: 196     13:10     11 Oktyabr 2018    
Ukraynanın Donbas vilayətində fəaliyyət göstərən separatçı qüvvələr sutka ərzində atəşkəs rejimini ümumilikdə 28 dəfə pozublar.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ukrayna Birləşdirilmiş Qüvvələr Əməliyyatı qərargahının mətbuat mərkəzi məlumat yazıb.

Məlumata görə, separatçılar həyata keçirdikləri hücumlar zamanı 120 və 82 mm-lik minaatanlardan, tank əleyhinə raket sistemlərindən, qumbaraatanlardan, iriçaplı pulemyotlardan istifadə ediblər.

Eyni zamanda bu hücumların 12-də separatçıların Minsk razılaşmasına əsasən qadağan olunmuş silahdan atəş açdıqları bildirilib.

Baş verən qarşılıqlı atışma nəticəsində Ukrayna ordusundan 4 hərbçi həlak olarkən, separatçılardan 6 nəfər məhv edilib. Tərəflərdə qeydə alınan yaralı sayı isə uyğun olaraq 3 və 10-dur.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər:

Donbasdakı qarşıdurmalarda tərəflərin itkiləri artmaqdadır

2018/10/02_PE-1539249532.jpg
Oxunub: 199     13:10     11 Oktyabr 2018    