Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Slovakiya Müdafiə Nazirliyinin mətbuat katibi Danka Capakova bəyan edib.
Hadisə zamanı təyyarədə olan hər iki pilot təhlükəsiz şəkildə xilas olmağı bacarıblar. Hadisə şahidlərinin sözlərinə görə, qəzadan dərhal öncə havada iki paraşütçü görülüb və təyyarə boş zonaya yönləndirilib.
Müdafiə Nazirliyi bildirib ki, hadisədən dərhal sonra pilotların xilası üçün əməliyyat başladılıb və onların vəziyyətləri yaxşıdır. Qəzaya mühərrikdə meydana gələn nasazlığın səbəb olduğu bildirilir.
Ağalar Ağalarlı
Ordu.az