Rusiya ABŞ-la nüvə silahlarının azaldılması müqaviləsini uzada bilər

2018/10/trump-1539239211.jpg
Oxunub: 261     10:25     11 Oktyabr 2018    
Rəsmi Moskva Birləşmiş Ştatlarla imzalanmış Yeni Strateji Silahların Azaldılması Müqaviləsini (New START) daha beş il uzatmağa hazırdır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Yayılmama və Silahlara Nəzarət Bölməsinin sədri Vladimir Yermakov bildirib.

BMT Baş Assambleyasının Birinci Komitəsində çıxış edən Yermakov müqavilənin uzadılmasından öncə onun Birləşmiş Ştatlar tərəfindən tətbiq olunacağına zəmanət verən şərtlərin təmin edilməli olduğunu söyləyib.

Qeyd edək ki, 2011-ci ildə qüvvəyə minən müqavilənin müddəti 2021-ci ildə başa çatacaq. Müqavilədə bu il fevralın 5-nə qədər tərəflərin strateji nüvə raket atıcılarının sayını yarı-yarıya azaltmalı olduqları nəzərdə tutulur.

Ağalar Ağalalı
Ordu.az

Teqlər: Rusiya   ABŞ  

Rusiya ABŞ-la nüvə silahlarının azaldılması müqaviləsini uzada bilər

2018/10/trump-1539239211.jpg
Oxunub: 262     10:25     11 Oktyabr 2018    