ABŞ HHQ MT raket atıcıları üçün 3 böyük müqavilə imzalayıb

2018/10/image-1539237644.jpg
Oxunub: 222     12:43     11 Oktyabr 2018    
ABŞ Hərbi Hava Qüvvələri dünən Milli Təhlükəsizlik peyklərinin buraxılmasında istifadə ediləcək raket imkanlarının artırılması üçün 3 şirkət ilə dəyəri 2 milyard dollardan çox olan müqavilə imzalayıb.

Ordu.az “Stripes”ə istinadən xəbər verir ki, bu müqavilələr Pentaqon tərəfindən rəqabətin atrılırması məqsədilə edilən cəhdlərin bir hissəsidir.

Müqavilələr “Lockheed Martin” və “Boeing”in birgə təşəbbüsü olan “United Launch Alliance” (ULA) firması, “Northrop Grumman” və “Blue Origin”inlə imzalanıb.

Təxminən son 10 il ərzində ULA-nın raket atıcıları sahəsində Pentaqon üzərində monopoliyası olsa da, yeni müqavilələr bazara birdən çox təchizatçının girməsinə imkan verəcək.

ULA ilə imzalanan 1 milyard dollarlıq müqavilənin məqsədi onun yeni raketi “Vulcan Centaur”un ABŞ ordusuna çatdırılmasıdır.

Digər müqavilələrə görə, “Northrop Grumman” “OmegA Launch” sistemi üçün 800 milyon dollar, “Blue Origin” “Yeni Glenn” raketinə görə 500 milyon dollar əldə edəcək.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər:

ABŞ HHQ MT raket atıcıları üçün 3 böyük müqavilə imzalayıb

2018/10/image-1539237644.jpg
Oxunub: 223     12:43     11 Oktyabr 2018    