Ukrayna qoşunları Donetskdə bir kəndi azad edib

2018/10/maxre-1539236821.jpg
Oxunub: 844     09:45     11 Oktyabr 2018    
Ukrayna ordusu Donetsk regionunun işğalda olan kəndlərindən daha birini separatçılardan təmizləyib.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Volnovaxa kəndinin azad edilməsi məqsədilə keçirilən əməliyyatın planı bir neçə həftə ərzində hazırlanıb, tapşırığın tamamlanması isə bir neçə saat çəkib.

Bildirilir ki, separatçılar dəfələrlə bu kənddən Ukrayna ordusunun mövqelərinə provokativ hücumlar həyata keçiriblər.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Ukrayna   Donetsk  

Ukrayna qoşunları Donetskdə bir kəndi azad edib

2018/10/maxre-1539236821.jpg
Oxunub: 845     09:45     11 Oktyabr 2018    