KTMT-yə üzv ölkələr ilk dəfə qoşunların birgə tətbiqi barədə plan qəbul ediblər

2018/10/95046-1539182137.jpg
Oxunub: 217     18:41     10 Oktyabr 2018    
KTMT-yə üzv ölkələr ilk dəfə qoşunların birgə tətbiqi barədə planlaşdırmada iştirak ediblər.

Ordu.az xəbər verir ki, bu barədə Mərkəzi Hərbi Dairənin qoşunlarının komandiri general-leytenant Aleksandr Lapin məlumat verib.

Təlimlərə rəhbərlik edən general-leytenant Lapin bildirib ki, tədbirlər planı 10-13 oktyabr tarixləri arasında Qırğıstanda keçirilən “qarşılıqlı əməkdaşlıq-2018” təlimləri gedişatında hazırlanıb.

Onun sözlərinə görə, belə bir planlama KTMT-yə üzv ölkələr arasında ilk dəfə həyata keçirilib.

Təlimlərdə Rusiya, Qırğızıstan, Ermənistan, Qazaxıstan, Belarus və Tacikistandan olan 1,6 minədək hərbi qulluqçu, 250-dən çox hərbi texnika, o cümlədən 30 təyyarə və helikopter iştirak edir.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   KTMT  

KTMT-yə üzv ölkələr ilk dəfə qoşunların birgə tətbiqi barədə plan qəbul ediblər

2018/10/95046-1539182137.jpg
Oxunub: 220     18:41     10 Oktyabr 2018    