ABŞ QQ yeni nəsil tüfəng üçün 6,8 mm-lik güllə istehsal edəcək

2018/10/M249--1539179758.jpg
Oxunub: 539     21:53     10 Oktyabr 2018    
ABŞ Quru Qoşunları yeni nəsil tüfəngi (NGSW-R) üçün 6,8 kalibrli güllələrin istehsalını planlaşdırır.

Ordu.az “Janes”ə istinadən xəbər verir ki, bu barədə ABŞ QQ-nin modernizasiyadan məsul komandanlığının rəhbəri general Con Mörri danışıb.

ABŞ QQ Assosiasiyasının bu günlərdə Vaşinqtonda baş tutan sərgisini ziyarət edən Mörri “Lake City” Ordu Mərmi Fabrikinin 2020-ci ilin əvvəllərinə qədər 6,8 kalibrli güllələrin istehsalına başlaya biləcəyini bildirib.

Qeyd edək ki, general ABŞ ordusunun 6 modernizasiya prioritetinin həyata keçirilməsinə nəzarət edir. Bunlar Uzaq Mənzil Dəqiq Atəş, Yeni Nəsil Döyüş Vasitəsi, Gələcək Vertikal Qalxma, Şəbəkələşmə, Hava və Raketdən Müdafiə, Əsgər Ölümcüllüyünün Yüksəldilməsidir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   NGSW-R  

ABŞ QQ yeni nəsil tüfəng üçün 6,8 mm-lik güllə istehsal edəcək

2018/10/M249--1539179758.jpg
Oxunub: 540     21:53     10 Oktyabr 2018    