Cənubi Koreya 13 tank əleyhinə müdafiə sistemini məhv edəcək

2018/10/RGW_1-1539179560.jpg
Oxunub: 232     20:50     10 Oktyabr 2018    
Cənubi Koreya bu il ərzində Qanqvun vilayəti və Qyeonqi vilayətinin şimalında yerləşdirilmiş 13 tank əleyhinə müdafiə sistemini sıradan çıxarmaq qərarına gəlib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Milli Məclisi Müdafiə Komitəsinin üzvü Lee Conq-myunq danışıb.

Onun sözlərinə görə, 2013-2017-ci illərdə 9 tank əleyhinə müdafiə sıradan çıxarılıb. Bu isə ilə otra hesabla 1,8 sistemin məhv edildiyi mənasına gəlir. Bu addımın hərbi bölmələr və regional hökumətlər arasındakı konsultasiyalar çərçivəsində həyata keçirildiyi bildirilir.

Tank əleyhinə müdafiələr potensial müharibə zamanı Şimali Koreya ordusunun cənuba doğru hərəkətinin qarşısında duracaq əsas strukturlardan hesab edilir.

Lee bildirib ki, bu tədbirlər Cənubi Koreya Baş Qərargahının hazırladığı Əngəllərin İdarəsi üzrə Yol Xəritəsi çərçivəsində həyata keçirilir. Bu plana əsasən diqqətli nəzərdən keçirmədən sonra alternativlər təsisatların zəruri olduğu düşünülərsə, mövcud sistemlərdən daha möhkəmləri quraşdırılır.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər:

Cənubi Koreya 13 tank əleyhinə müdafiə sistemini məhv edəcək

2018/10/RGW_1-1539179560.jpg
Oxunub: 235     20:50     10 Oktyabr 2018    