Pentaqonun silah sistemləri kiber hücum riski altındadır

2018/10/sverh-1539179249.jpg
Oxunub: 337     21:45     10 Oktyabr 2018    
Pentaqonun yeni silahlarının demək olar ki, hamısı kiber hücumlara qarşı həssasdır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu, ABŞ-ın Hökumət Hesabatlılıq İdarəsinin yayımladığı yeni hesabatda üzə çıxıb.

Məlumata görə, Pentaqonun ən yeni silah sistemləri 2012-2017-ci illər ərzində kibertəhlükəsizlik sınaqlarından keçiriliblər. Sınağı həyata keçirən xakerlərin əksəriyyəti Pentaqonun bu silahlarla bağlı təhlükəsizlik məlumatlarını asanlıqla əldə edib. Hətta bəzi parolların istehsaldan sonra heç vaxt dəyişdirilmədiyi aydın olub. Bir komanda isə idarəetmə parolunu 10 saniyədən daha az müddətdə müəyyən edib.

Bildirilir ki, bu zaman onlara sadə vasitələr və metodlar lazım olub və asanlıqla sistemlərin nəzarəti ələ keçirilib.

Üstəlik bir öncəki sınaqlarda aşkarlanmış təhdidlərin aradan qaldırılmasında da Pentaqonun uğursuz olduğu üzə çıxıb. Hesabat göstərib ki, ötən sınaqda aşkarlanmış 20 zəif nöqtədən sadəcə 1-i qaydasına salınıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Pentaqon   Kiber-hücum  

Pentaqonun silah sistemləri kiber hücum riski altındadır

2018/10/sverh-1539179249.jpg
Oxunub: 338     21:45     10 Oktyabr 2018    