Çexiyadan Fransaya: Azərbaycan Avropa ilə çoxvektorlu hərbi əməkdaşlığa doğru - HƏRBİ EKSPERT

2018/10/444-1539155672.jpg
Oxunub: 12631     10:54     10 Oktyabr 2018    
Azərbaycanın Avropa dövlətləri ilə hərbi və ikili sahədə əməkdaşlığı davam edir. Çexiya və Slovakiyadan DANA artilleriya sistemlərinin alınması ilə başlayan bu proses, Almaniyanın “Rheinmetall” şirkəti ilə davam etdirildi. Belə ki, keçmiş Hərbi Sənaye naziri, mərhum Yavər Camalov bu ilin 11 iyununda Paris yaxınlığında keçirilən “Eurosatory-2018” silah sərgisində bu şirkətin rəhbərliyi ilə görüşərək, hansı sahələrdə əməkdaşlığı genişləndirməyin mümkünlüyünü öyrənmək barəsində niyyət protokolu imzaladı. Düzdür, siyasi və diplomatik sahədə belə protokollar diplomatik etiketdən irəli gələn və heç bir öhdəlik vəd etməyən sənəd sayılır.

Lakin, iqtisadiyyat sahəsində protokol görüşləri və onu hər hansısa bir öhdəlik vəd etməyən sənədlə yekunlaşdırmaq zərurəti olmadığından, belə protokollar mühüm başlanğıclara işarə vuran sənədlər kimi qiymətləndirilə bilər.

Еlə həmin sərgidə sabiq nazir Fransanın “Nexter” və “Thales” şirkətlərinin rəhbərlikləri ilə görüşlər keçirib. Maraqlı haldır ki, “Nexter” şirkəti bu ilin mart ayında Ermənistanda keçirilmiş “ArmHitec-2018” hərbi sərgisinin nadir xarici iştirakçılarından biri olub. Fransanın dövlət hərbi sənaye nəhəngi olan GİATT-ın yeni adı budur. Dünyanın ən yüksək döyüş qabiliyyətinə malik tanklarından biri “Leklerk”in, zirehli maşınların, elektro-optik cihazların, atıcı silahların istehsalçısı olan bu şirkətlə əməkdaşlıq hər bir ordu üçün faydalı ola bilər. Lakin Ermənistandakı sərgidən yarım il keçməsinə baxmayaraq, hansısa bir əməkdaşlıq haqqında informasiyanın olmaması onu göstərir ki, şirkətin həmin sərgidə iştirakı yerli şəraitin monitorinqi xarakteri daşıyıb. Bu fərziyyəni həmin sərgi ilə bağlı mart ayındakı yazımızda irəli sürmüşdük.

Keçən il ölkəmizin prezidenti İlham Əliyev Fransaya səfər edərkən, bu ölkənin bir neçə böyük şirkətlərinin rəhbərliyi ilə də görüşmüşdü. Bunların içərisində hərbi sənaye nəhəngi, hərbi aviasiya komponentlərinin istehsalı üzrə dünyada ikinci yeri tutan “Thales” şirkəti də var idi. Artıq bu şirkətlə mülki aviasiya və mülki kosmos sahəsində bir neçə müqavilə həyata keçirilir. Əlbəttə, bu sazişlər bağlanarkən, onların yalnız mülki sahəni əhatə etməsi vurğulanır. Lakin aviasiya və kosmos sahəsində bütün texniki layihələri ikili tətbiqat texnologiyası hesab etmək olar. Bundan əlavə, belə təcrübəli şirkətlərin texniki personalı ilə hər müqavilə üçün zəruri şərt olan, müştərək həyata keçirilən sazlama işləri də ölkəmizin aidiyyətli texniki mütəxəssisləri üçün əvəzedilməz təcrübədir.

Bu yaxınlarda regionumuzda sürətlə cərəyan edən mühüm siyasi hadisələr də bu baxımdan geniş maraq doğurur. Ölkə prezidentimiz İlham Əliyevin Fransaya rəsmi işgüzar səfəri və bu səfərdən sonra mühüm sənədlərlə yadda qalan Xəzəryanı ölkələrin dövlət başçılarının V sammitində iştirakı, Almaniya Federal kansleri xanım Angela Merkelin Bakıya rəsmi səfəri və ardıcıl olaraq görülən işlər maraq doğurur.

Ölkə prezidenti İlham Əliyevin iyulun 19-da Fransaya rəsmi səfərində Fransa prezidenti ilə görüşdən əlavə, bu ölkənin hərbi sənaye nəhəngi olan “Naval Group” şirkətinin prezidenti Qi Evre ilə də görüşüb, birgə layihələr haqqında ilkin razılıqlara gəliblər. Ümumiyyətlə, rəsmi səfər çərçivəsində Fransa şirkətləri ilə 2 milyard dollar məbləğində müqavilələr bağlandı. Böyük ehtimalla, prezidentimizin Xəzər sammiti ərəfəsində Avropaya səfəri, Avropanın mühüm dövlətləri ilə mövqelərinin üst-üstə düşməsini bir növ dəqiqləşdirmək, “saatlarını bir vaxta çəkmək” kimi özündə mühüm misiya daşıyırdı. Bu məntiqi nəticəyə 20 ildən çox həllini gözləyən Xəzər dənizini statusunun 12 avqustda keçirilən Xəzəryanı dövlət rəhbərlərinin sammitində yekun nəticənin əldə olunması ilə də bağlamaq olar. Xəzər barəsində razılıqlara əngəl olan məsələ - dənizaltı kommunikasiyaların çəkilməsinə maneçilik edən dövlətlərin mövqeləri yumşaldıqdan sonra bu nəticə əldə edildi. Bu isə bir neçə Xəzəryanı dövlətin iqtisadi inkşafına böyük təkan verəcək mühüm qərar olmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyini təmin edəcək amillərdən biridir. Belə ki, adı çəkilən razılaşma Avropanın enerji təhcizatının diversifikasiyasına, çoxmənbəli olmasına zəmin yaradacaq. Əlbəttə, Azərbaycan və Türkmənistanın, perspektivdə isə Qazaxstanın və Özbəkistanın enerji ehtiyatları Avropanın nəhəng bazarının az bir hissəsini təmin edə bilər. Lakin həmin bazara psixoloji sakitlik və stabillik gətirmək imkanı var ki, bu da böyük strateji faktordur.

Avropa dövlətlərinin Rusiya və İranın irəli sürdüyü tələblə - Xəzəryanı ölkələrdən başqa qeyri-dövlətlərin hərbi qüvvələrinin Xəzər hövzəsinə buraxılmaması şərti ilə müəyyən qədər asanlıqla razılaşması, bizi maraqlı məntiqi nəticələrə gətirib çıxarır. Avropanın mühüm strateji kommunikasiyalarından biri ola biləcək Xəzəraltı boru kəmərlərinin təhlükəsizliyinin təminatı, ərazisindən bu kəmərlər keçəcək dövlətlərin öz məsuliyyətinə buraxılır. Dənizdə tam təhlükəsizliyin təminatı üçün hərbi imkanları inkşaf etmiş dövlətlərlə müqayisədə obyektiv səbəblərdən zəif olan bu dövlətlərə texniki yardımın ola biləcəyi ehtimalı çox böyükdür. Bu fakt bizi, həmçinin Xəzəryanı dövlətlərin hərbi dəniz qüvvələrinin ən müasir dünya standartlarına uyğun yenidən qurulması üçün yardım ehtimalı nəticəsinə gətirir. Bu nöqteyi nəzərdən, prezident İlham Əliyevlə “Naval Group” hərbi sənaye korporasiyasının prezidenti arasında baş tutan görüşündən sonra gözləntilər böyükdür. Əvvəlki yazılarımdan birində qeyd etdiyim kimi, DSX sahil mühafizə qüvvələri üçün maddi hissə yeniləndikdən sonra, Hərbi Dəniz Qüvvələrimizin sürətli inkşafı gözlənilir. Hazırda həmin zamanın çatdığını böyük yəqinliklə ehtimal etmək olar. Əlbəttə, quru qoşunlarının qüdrətini, döyüş qabiliyyətini artırmadan, Hərbi Dəniz Qüvvələrini gücləndirmək ölkənin ümumi müdafiəsinin effektivliyini artıra bilməz. Bu obyektiv bir şərtdir. Çünki, dövlətimizin sərhədlərinin təxminən dörddə biri dəniz hövzəsində yerləşir. Quru sərhədlərimizin təxminən dörddə birində ərazimizi işğal etmiş Ermənistanla müvəqqəti atəşkəs rejimində yaşayırıq. Bununla belə, ölkə iqtisadiyyatının ən mühüm sahəsi olan neft sənayesinin mənbəyi dənizdədir. Bu sənaye ölkəmizin və onun ordusunun maliyyə vəsaitlərinin əsas hissəsini təşkil edir. Hərbi Dəniz Qüvvələrinin və Quru Qoşunlarının inkşafında düşünülmüş balans zəruridir. Bu məqsədlə də Avropa ölkələri ilə əməkdaşlıq yaxın zamanlarda öz bəhrəsini verməlidir.

Yuxarıda “Rheinmetall” şirkəti haqqında qeyd etdik. Bu şirkətin müəssisələrindən ən azı müxtəlif avtomobil platformaları, ehtiyat hissələr, mühərrik komplektləri almaq mümkündür. Dövlətlərarası müəyyən razılıqlar əldə edildikdən sonra bu konsernin müəssisələrinin istehsal etdiyi müxtəlif kalibrli artilleriya sistemlərini, dünyanın ən qabaqcıl tanklarından biri olan “Leopard” tanklarını da əldə etmək olar.

Bundan əlavə İtalyanın “Аlenia Aeromekki” şirkətinin döyüş-tədris təyyarəsi M-346 ölkəmizə təklif olunub. Doğrudur, “Aeromekki” və “Yakovlev” şirkətlərinin arasındakı razılaşmaya görə MDB dövlətləri arasında bu təyyarənin analoqu Yak-130-un distrubyusiyası həyata keçirilməli idi. Ola bilsin ki, həmin razılaşma yenidən nəzərdən keçirilərək, dəyişiklər aparılıb. Bəzi mənbələrə görə, artıq 10 təyyarənin ixracı barəsində İtaliya dövləti ilə müqavilə bağlanıb və 15 təyyarənin alınması üçün də razılaşma əldə olunub.

Quru Qoşunları silah növləri barəsində Fransa ilə də maraqlı hərbi əməkdaşlıq gözlənilir. Bu dəfə ikili texnologiyalardan yox, sırf silah sistemindən söhbət gedir. Belə ki, bu günlərdə Bakıda keçirilən ADEX-2018 hərbi sərgisində MBDA şirkətinin satış və biznes inkşaf departamentinin müdiri Kristina Ramon öz ölkəsinin Azərbaycana SAM-PT universal zenit-raket kompleksini ən müasir anti-raketlərlə - “Aster-30”la təhciz olunmuş konfiqurasiyada satmağa hazır olduğunu bildirib. Əvvəlki yazılarımızda göstərdiyimiz kimi, bu sistem dünyanın ən müasir Hava Hücumundan Müdafiə sistemləri arasında yer tutur. O, havadan və kosmosdan zərbə vasitələrinə qarşı çox effektivdir. Bu isə müasir raket zərbə vasitələrinə sahib ordulardan effektiv müdafiə üçün fundamental zəmin yarada bilər.

Ölkəmizin Avropa ölkələri ilə hərbi əməkdaşlığı çox yüksək keyfiyyətli silah sistemləri əldə etməkdən əlavə, onların siyasi rəhbərlikləri ilə səmimi münasibətlərə də yol açır. Bu da ölkəmiz qarşısında duran bir çox siyasi problemlərin həlli üçün mühüm zəmin deməkdir. Bu əməkdaşlığı tam təqdirəlayiq hesab etmək olar. Ənənəvi silah partnyorlarını qoruyub saxlamaqla yanaşı, bu sahəyə də ciddi diqqət bizi sevindirməyə bilməz.

Hərbi ekspert Vüqar Miraslanov
Ordu.az

Teqlər: DANA   Aster-30   OPV-90  

Çexiyadan Fransaya: Azərbaycan Avropa ilə çoxvektorlu hərbi əməkdaşlığa doğru - HƏRBİ EKSPERT

2018/10/444-1539155672.jpg
Oxunub: 12632     10:54     10 Oktyabr 2018    