Yaponiyanın X-2-ləri ABŞ asılılığından çıxmaq üçündür, yoxsa necə?| Hədəf qeyri-müəyyəndir

2018/10/p1987-1539081280.jpg
Oxunub: 827     14:40     09 Oktyabr 2018    
Kuril adaları üzərində Rusiya ilə ərazi mübahisələrinə baxmayaraq, Yaponiyanın əsas regional rəqibi hamımıza yaxşı məlumdur. Bu Çindir. Regionda hər şey bir birinə qarışıb: tarixi incikliklər, Çinin Asiyanın mütləq liderliyinə çan atması, ABŞ-ın mənafeləri, inkişaf edən dövlətlərə xas olan siyasi populizm və s. Yaponiya diplomatik sahədə öz maraqlarını çox fəal şəkildə müdafiə edə bilir. Lakin ehtiras nəzarətdən çıxarsa, əlbəttə ki, Yaponiya aksentini öz HHQ və HDQ-nə etməlidir, onlarsız bu regionda Yaponiyanın real qüvvə kimi mövcudluğu mümkün deyil.

Yaponiyanın Özünümüdafiə Hava Qüvvələri, "təvazökar" adına baxmayaraq, olduqca çoxsaylıdır və real gücə malikdir. Açıq mənbələrdən aydın olur ki, Hərbi Hava Qüvvələrinin silahlanmasında lisenziya əsasında inşa edilən təxminən 200 ədəd F-15J və F-15DJ qırıcı mövcuddur. Yaponiya F-4 "Phantom II"nin müxtəlif modifikasiyalarını hava donanmasından uzun müddət öncə çıxarıb, əvəzində isə ABŞ-ın beşinci nəsil F-35 qırıcılarını qəbul etməyə başlayıb. Gündoğan ölkənin döyüş aviasiyasının əsasını isə "Mitsubishi" F-2 qırıcıları təşkil edir.

Bir çoxları haqlı olaraq F-2 qırıcılarını F-16 ilə bənzər olduğunu qeyd edirlər. Əlbəttə ki, "Yapon" modeli onun bazasında inşa edilib. Lakin qarşımıza əslində təmamilə yeni bir təyyarə çıxarılıb. Yapon dizaynı olan F-2 qırıcısı J/APG-1 - aktiv fazalı anten barmaqlığa (AFAR) sahib RLS ilə təchiz olunan dünyanın ilk seriya istehsalı olan qırıcı hesab edilir. Nisbətən kiçik bir qırıcı, on üç silah asma nöqtəsinə malikdir və 8 tondan çox sursat daşıya bilir. Eyni xüsusiyyətlərə malik olan F-16-nın başqa versiyasını tapmaq çətindir. Ancaq bütün üstünlüklərə görə vəsait ödəmək məcburiyyətindəsiniz. Bir "Mitsubishi" F-2 qiymətinin əvvəllər 110 milyon dollar olduğu bildirilirdi. F-35A versiyasının dəyərinin 90 milyon ABŞ dolları səviyyəsinə düşdüyü bir zamanda, bu rəqəm 4 ++ nəslin ən yaxşı qırıcıları üçün belə çox yüksək hesab edilir.

Hədəf qeyri-müəyyəndir

Bütün üstünlükləri ilə bərabər F-2 qırıcıları da yaşlanır. Axır-əvvəl onlar da dəyişmək məcburiyyətində qalacaq. Yaponiya ABŞ-da n 42 ədəd yeni F-35A almağı planlaşdırır, lakin bu uzun müddət döyüş qabiliyyətini saxlamaq üçün kifayət deyil. Buna görə yaponlar hələ 2004-cü ildə müasir hərbi qırıcılar yaratmaq imkanlarını göstərmək üçün öz beşinci nəsil döyüş təyyarələrini yaratmağa qərar verdilər. Yəni stels texnologiyadan istifadə edilən yeni döyüş təyyarəsi. Proqramın ATD-X adlanır, təyyarə isə X-2 "Sinşin" (Yapon dilində) adı altında tanınır. Tam ölçülü uçuş nüsxəsi amerikalıların F-22 qırıcısını Yaponiyaya satmaq istəmədikdən sonra yaradılmağa başladı. F-22 ABŞ-ın gizli milli xəzinəsi hesab edilir. X-2, ilk dəfə 2016-cı ilin aprelin 22-də havaya qalxdı. Kütləvi informasiya vasitələrinin məlumatına görə, X-2-nin kütləsi 13 tondur ki, bu da olduqca çoxdur. Təxminən eyni ölçülü Saab JAS 39 "Gripen" qırıcısı 8.5 ton kütləyə malikdir. Beşinci nəsil qırıcılar heç vaxt yüngül olmayıb. Məsələn, F-35C qırıcısının boş kütləsi 14.5 tondan artıqdır.

Lakin bu vəziyyətdə ən vacibi gözlənilən texniki uçuş xüsusiyyətləri deyil: onlar qırıcı inkişaf etdikcə çox fərqli rəqəmlərə sahib ola bilərlər. Burada yanaşma vacibdir. X-2 ilk uçuşundan sonra, bir çox media vasitələri onu beşinci nəsil qırıcının prototipi adlandırdı.

ATD-X proqramı çox yavaş irəliləyir. Bəzi ekspertlərin X-2 qırıcısını perspektivli texniki həllərin işlənməsindən daha çox, istənilən "Raptor"ları satmaq üçün ABŞ-a siyasi təzyiq vasitəsi kimi qəbul etməyə başladığı təəccüblü deyil. "Lockheed Martin" şirkəti xüsusi olaraq Yaponiya üçün F-22 və F-35 hibridlərini yaratmaqla X-2 proqramını ləğv edə bilərdi. "Northrop Grumman" Korporasiyasının Özünümüdafiə Qüvvələri üçün YF-23 layihəsini yenidən canlandırmağı planlaşdırdığını da unutmayaq.

Şərq Zərbəsi

Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin himayəsi altında nəşr olunan bmpd bloqunun, Yaponiyanın "The Mainichi" qəzetinə istinadən verdiyi xəbər isə daha təəccüblü idi. Nəşrdə bildirilir ki, Yaponiya Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələri üçün "Mitşubişi F-2" döyüş təyyarəsinin əvəzlənməsi üçün yeni qırıcı hazırlamağa qərar verib. Yeni təyyarənin yaradılması layihəsinin ilin sonunadək qəbul ediləcəyi və növbəti beş illik ortamüddətli müdafiə proqramına daxil edilməsi planlaşdırılır. Xarici şirkətlər yeni qırıcının inkişafında fəal iştirak edə biləcəklər. Lakin nəzərə alınmalıdır ki, bu sırf Yaponiya qırıcısı olmalıdır. Nazirlik qırıcıda əsasən Yaponiyada istehsal edilən komponentlərə, məsələn, yerli mühərrikdən istifadə etməyə ümid edir. Beləliklə, yeni təyyarə F-2-dən daha çox milli olmalıdır.

Daha maraqlı olan isə başqa bir nüansdır. Yaponiyanın yeni nəsil qırıcının fəal şəkildə inkişaf etdirməsinin əsas səbəbi kimi, əvvəllər ABŞ və Britaniya şirkətləri tərəfindən irəli sürülən hər üç təklifin nazirliyin tələblərinə və planlaşdırılan xərclərə cavab vermədiyi ilə əlaqələndirirlər. Əlbəttə ki, gələcək milli qırıcının yaradılması proqramları mükəmməl (texniki risklər olduqca yüksək olduğundan bunu təsəvvür etmək çətindir, lakin yapon möcüzələrini unutmaq da olmaz), şəkildə davam edərsə, o zaman "doğma" qırıcı həqiqətən də "Lockheed Martin" hibridindən Yaponiyaya daha ucuz başa gələ bilər.

Əslində qırıcıların inkişafı on milyardlarla dollar vəsait tələb edir. Unutmayaq ki, F-35-in yalnız inkişaf proqramının dəyəri 55 milyard dollara bərabərdir. Bu sahədə ABŞ gündoğan ölkədən daha çox təcrübəyə malik olduğunu da nəzərə almalıyıq. Gələcək perspektivli beşinci nəsil qırıcı İkinci Dünya müharibəsindən bəri Yaponiyanın ilk tamhüquqlu milli döyüş təyyarəsi olmalıdır. Yaponiyada bir zamanlar milli "Mitsubishi" F-1 istehsal edilib, lakin bu döyüş təyyarəsi T-2 təlim təyyarəsinin bazasına əsaslanaraq inşa edilmişdi. F-1 qırıcısının məşhur bir vasitə olduğunu söyləmək də doğru olmazdı.

Yaponiyanın öz döyüş təyyarəsini yaratmasına səbəb, mövcud (və ya perspektivli) xarici qırıcıların texniki qüsurları ilə bağlı deyil. Gələcək qırıcı milli təyyarə sənayesini dəstəkləmək və Yaponiyanın ABŞ siyasətindən mümkün qədər müstəqil olmasını təmin etmək məqsədi daşıyır. Yəni Yaponiya ABŞ-dan tədricən aralanmağa başlayır, bunun isə Trampın hətta müttəfiqlərinə qarşı proteksionist ritorikası ilə əlaqədar olduğu düşünülür.

ABŞ-da hakimiyyət dəyişəndə nə olacaq? Bütün bunlar, "Sinşin" layihəsinin nə qədər inkişaf edəcəyindən asılıdır. Mövcud məlumatlara görə, Yaponiya Müdafiə Nazirliyi 2009-cu ildən 2018-ci ilə qədər olan müddətdə növbəti nəsil qırıcı üçün mühərrik və elektron sistemlərin tədqiqat və inkişafına təxminən iki milyard dollar sərmayə qoyub. Hazırda konstruksiyası yeni qırıcının mühərriki üçün əsas ola biləcək yeni IHI XF9-1 mühərrikinin stend sınaqları keçirilir. Ümumiyyətlə, perspektiv yapon qırıcısı, daha əvvəl təqdim olunan, ingilis və italyan mütəxəssislərinin birgə səyləri ilə yaradılan "Tempset"dən daha real görünür. Göründüyü kimi, Yaponiya birinci olaraq kompromissiz hava döyüş təyyarəsini əldə etmək üçün inamlı bir şəkildə yola çıxıb.

Məlumat İlya Leqatın yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər:

Yaponiyanın X-2-ləri ABŞ asılılığından çıxmaq üçündür, yoxsa necə?| Hədəf qeyri-müəyyəndir

2018/10/p1987-1539081280.jpg
Oxunub: 828     14:40     09 Oktyabr 2018    