Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq bazar günü 3 günlük səfəri çərçivəsində Belqrad universitetinin tələbələri ilə görüşdə onlarla Yuqaslaviyanın bombalanması barədə söhbət edib.
O qeyd edib ki, Yuqaslaviyanın bombalanmasında səbəb serblər yox, prezident Slobodan Miloşeviç idi.
Xatırladaq ki, 1999-cu ildə NATO Belqradın Kosovada cinayətlər törətməsini iddia edərək, Yuqaslaviyaya qarşı 78 günlük hava hücumu həyata keçirib. Hücum 5.700 mülki vətəndaşın ölümü ilə nəticələnib. Ətrafa yayılmış zəhərli maddələr nəticəsində isə uşaqların xərçəngə yoluxma ehtimalları dəfələrlə artmışdı.
Aytəkin Vəliyeva
Ordu.az