NATO Serbiyada ilk dəfə təlim keçirəcək

2018/10/20180-1538982078.jpg
Oxunub: 1246     11:14     08 Oktyabr 2018    
NATO Baş katibi Yens Stoltenberqin dünən başlayan Serbiya səfəri davam edir.

Ordu.az xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Stoltenberq bu gün Serbiya prezidenti Aleksandr Vucic ilə birlikdə “Srbija 2018” mülki fövqəladə hal təlimini başladacaq.

Bu təlim NATO-nun Avro-Atlantik Fəlakətə Cavab Koordinasiya Mərkəzi tərəfindən təşkil edilən ən böyük, Serbiya tərəfindən ev sahibliyi edilən ilk təlimdir. Təlimdə 40 ölkədən 2 mindən çox personalın iştirakı nəzərdə tutulub.

Bu gün Stoltenberq həm də Vuciclə birlikdə Belqrad Təhlükəsizlik Forumunun dəvəti ilə “Təhlükəsiz Region naminə Liderlik” tədbirində iştirak edəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Serbiya  


Bizi "telegram"da izləyin