Əsgərlər yoxsa, terminatorlar?| ABŞ ordusu saniyədə 250 güllə atan silah üçün mübarizə aparır

2018/10/maxre-1538744292.jpg
Oxunub: 3666     17:32     05 Oktyabr 2018    
Söhbət texnologiyadan gedirsə dünya şöhrətli ABŞ ordusu sərhəd tanımır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verib ki, bu günlərdə ABŞ ordusu yeni növ silahı sınaqdan keçirir.

Bir metal gövdədə dörd lüləyə sahib yeni nəsil tüfəng elmi-fantastik filmlərdə nümayiş etdirilən silahlara bənzəyir.

Bəs ABŞ bu silah ideyasını hardan tapıb? Heyranedici görünüşə sahib yeni silah ixtiraçı Martin Qrier tərəfindən Kolorado Sprinqdə yerləşən bir qarajda ərsəyə gətirilib. Təxminən 500.000 dollar xərclə öz xəyalını xəyalını gerçəkləşdirən Martin Qrier “Forward Defence Munitions” şirkətinin təsisçisidir.

Silahın bütün dörd lüləsinin hamısı eyni anda atəş aça bilir. Üstəlik daha önəmlisi, bu xüsusiyyət onun nəzəri olaraq bir saniyədə 250 güllə atmasına imkan verir.

O, dörd dəyirmi güllə bloku qəbul edə bilər. Bu bloklar silaha üfüqi şəkildə yerləşdirilir. Hər bir blokda 6 mm-lik 4 ədəd güllə yerləşdirmək mümkündür. Bu kalibr göstəricisi silahın mənzili və dəlici qabiliyyətinin artırılmasına imkan verir.

İnnovativ atəş sistemi elektrik aktuatora (işə salma sistemi) əsaslanır. Həmin sistemdən həm də M61 “Vulcan” və M134 “Gatling” kimi elektrik atəşli silahlarda istifadə edilir.

Bütün bu ağır xüsusiyyətlərə baxmayaraq, onun çəkisi olduqca xəfifdir. Təxminən 3 kiloqram çəkiyə malik tüfəng bu mənada ABŞ ordusunun M4 “Carbine” silahından daha yüngüldür.


Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: L5   ABŞ  


Bizi "telegram"da izləyin