"Xaç suyu" heç kimə yardım etmir: F-35B niyə və hansı şəraitdə qəzaya uğradı? – EKSPERT

2018/10/20160-4616206722.jpg
Oxunub: 11383     14:27     05 Oktyabr 2018    
Bu il sentyabrın 28-də yerli vaxtla saat 19:45-də Cənubi Karolina ştatının Beaufort bazasının yaxınlığında ABŞ-ın Dəniz Piyada Korpusuna (DPK) aid dünyanın ən müasir və ən bahalı qırıcısı olan F-35 döyüş təyyarəsi qəzaya uğradı. Rəsmi bəyanatda pilotun katapult etdiyi və xəsarət almadığı bildirilir. DPK komandanlığı dərhal bəyanatla çıxış etsə də, qəzanın səbəbləri barədə heç bir məlumat vermədi. Qəzaya uğrayan qırıcı 501-ci Dəniz qırıcı təlim eskadrilyasının tərkibinə daxil idi və qəza anında plana uyğun olaraq təlim uçuşlarını həyata keçirirdi. Mülki əhali arasında da xəsarət alan olmadı.

Əfqanıstandakı döyüşlərdə "xaç suyuna" salınan, müvəffəqiyyətlə Britaniyanın "Queen Elizabeth" aviadaşıyıcısının göyərtəsinə enən bu qırıcının qəzaya uğraması KİV-lərdə müəyyən ajiotaja səbəb oldu. Üstündən bir həftə keçməsinə baxmayaraq qəzanın baş vermə səbəbləri haqqında məlumat verilmir.

"The Washington Post" qəzetinin qeyri-rəsmi məlumatına görə, hadisə "A" kateqoriyalı bədbəxt hadisə kimi dəyərləndirilib. Başqa detallı məlumatlara rast gəlinmir.

F-35-lə bağlı kiçik hadisələr əvvəllər də baş verib, lakin bunların heç biri qırıcının itirlməsinə səbəb olmayıb. DPK-da bu gün mövcud olan 300-dən çox F-35B qırıcısı ümumilikdə 150 000 saat uçuş həyata keçiriblər. Qəzaya uğrayan qırıcı 2013-cü ildə istehsal edilib. Adətən hansısa texniki nasazlıq səbəbindən qəza baş verdikdə həmin sinifdən olan vasitələrin uçuşları dayandırılır və bütün modellərdə bu çatışmazlığın aradan qaldırılmasına cəhd edilir. Bu mümkün olmadıqda uçuşların keçirilməsi tamamilə ləğv edilir. Lakin bu prosedurların həyata keçirilməməsi, yəni F-35B qırıcılarının uçuşlarının dayandırılmaması texniki səbəbləri istisna edir. Nəticədə yenə də bütün diqqət “pilot xətası” üzərində konsentrasiya olunur.

100 milyon dollardan da baha olan 5-ci nəsil F-35B qırıcısının qəzaya uğramasının səbəbləri araşdırılır.

F-35 dünyanın ən böyük və ən bahalı hərbi təyyarə layihəsidir. "Lockheed Martin" şirkətinin podratçısı olduğu və 194 000 personalın çalışdığı proqramın ilk qırıcısı 2006-cı ildə havaya qalxıb və layihə 30-40 illik (bəzi məlumatlarda 2070-ci ilə qədər) bir dövrü əhatə edir. İstehsalçı şirkət beynəlxalq bazarda bu təyyarədən 3000 ədəd satmağı planlaşdırır.

"Lockheed Martin"in F-35 "Joint Strike Fighter" proqramının dəyəri təxminən 406 milyard dollara çatıb. Proqramın sonuna qədər bu rəqəmin 3 dəfə arta biləcəyi iddia edilir.

Bu layihələr dördüncü nəsil qırıcıların yenicə istehsal edildiyi bir zamanda ABŞ və SSRİ-də təxminən paralel olaraq başladılıb. Lakin SSRİ (sonradan Rusiya) layihəni həm elmi texniki, həm də maliyyə problemləri səbəbindən məntiqi sonluğa çatdıra bilmədi. ABŞ-da ilk prototipi 2000-ci ildə hazır olan təyyarə, ilk dəfə 2005-ci ildə havaya qalxıb, 2015-ci ildə isə silahlanmaya qəbul edilib. Hazırda F-35 ailəsinin aid qırıcılarının seriya istehsalı davam edir.

Bu təyyarələr Əfqanıstanda və Suriyada döyüş əməliyyatlarında iştirak edib. Hələlik bu qırıcını döyüş itkisinə məruz qalması, yəni hansısa HHM kompleksi və ya digər bir qırıcı tərəfindən vurulması faktı mövcud deyil.

F-35B qəzasının baş verdiyi gündə ABŞ Müdafiə Nazirliyi bu ailədən olan 141 ədəd F-35A qırıcısının alınması üçün "Lockheed Martin"lə yeni müqavilə imzaladı. Məlumatlara görə, Pentaqon hər bir təyyarə üçün qiyməti 89.2 milyon dollara qədər endirməyə nail olub. Xatırladım ki, qəzaya uğrayan qırıcı "B" seriyası, ABŞ Dəniz Piyada Korpusu (DPK) üçün nəzərdə tutulub ki, o da ailənin ən bahalı (108 milyona alınıb) üzvüdür.

Dünyada F-35 qırıcılarının hər 3 modelinə yalnız ABŞ və İsrail HHQ sahibdir.

Bir gün əvvəl sentyabr 27-də, cümə axşamı günü ilk dəfə ABŞ F-35B qırıcısından istifadə edərək Əfqanıstanda "Taliban" qruplaşmasının hərbi obyektlərinə qarşı bombardman həyata keçirdi. Bir neçə saat sonra isə eyni tipli qırıcı qəzaya uğradı. Bu, bəlkə təsadüf, bəlkə də Kandaqarda can verən hansısa körpənin ah-naləsidir...

Digər modellərdən olan F-35 qırıcıları əvvəllər döyüş əməliyyatlarına cəlb edilib. Bu ilin may ayının sonunda İsrail HHQ-yə məxsus F-35A qırıcıları ilk dəfə Suriya Ordusunun (bəlkə də İran və ya "Hizbullah"ın) mövqelərinə aviazərbələr endirdi.

ABŞ prezidenti Donald Tramp da bu təyyarənin düşmənə görünməyəcəyini iddia edərək, bu qırıcıları döyüş və uçuş texniki xüsusiyyətlərinə görə dəfələrlə tərifləyib. Əslində, F-35 qırıcılarının radarlar üçün görünməz olduğunu, hətta rəqib ölkələr və şirkətlər də qəbul edir. Burada istifadə edilən stels texnologiyasının təkmilləşdirilmiş versiyasının həqiqətən də hələlik analoqu yoxdur.

F-35 superqırıcısı nəyi bacarır? Onu rəqiblərindən fərqləndirən nədir?

F-35 qırıcısının hazırlayan "Lochheed Martin" şirkəti öz məhsulunun əsas üstün keyfiyyəti olaraq təyyarələrin universal olmasını qeyd edir: onlardan həm HHQ-də, həm DPK-da, həm də HDQ-də istifadə etmək mümkündür.

F-35A modeli ənənəvi üsulla havaya qalxır, F-35B şaquli enmə və qalxma qabiliyyətinə malikdir, F-35C isə aviadaşıyıcılardan katapultun köməyi ilə qalxa bilir.

Stels texnologiya döyüş təyyarəsinə yerüstü radarlar tərəfindən qeydə alınmadan düşmən ərazisinə nüfuz etməyə imkan verir. Düşmən təyyarələri ilə daha sıx təmasda olduqda, F-35 digər təyyarələrin radarlarında kiçik bir en kəsik kimi görünür, bu isə pilota düşmən qırıcısına birinci hücum etməyə imkan verir. Bu hava döyüşündə vacib bir elementdir.

Pilotun dəbilqəsinə yerləşdirilən displey, qırıcının havadakı mövqeyindən asılı olmayaraq hədəfə atəş açmağa imkan verir. Yəni birbaşa hədəfin qarşı tərəfində yerləşmək vacib deyil. Bundan əlavə, F-35 qırıcıları düşmən radarlarını "söndürmə" funksiyasına malikdir.

Bütün sensorlardan, çiplərdən gələn məlumatlar, o cümlədən pilotun biometrik göstəriciləri dərhal komandanlanlığın əməliyyat mərkəzinə ötürülür.

Beşinci nəsil qırıcıların əsas üstün imkanları aşağıdakılardır:

- Radiolokasiyanın və İnfraqırmızı şüalanma dalğalarının köməyi ilə təyyarəni müəyyən etmək mühüm dərəcədə çətinləşir. Təyyarənin sensorları yüksək gizlilik və passiv iş rejiminə keçir.
- Çoxfunksiyalılıq. Havada, quruda, suda olan hədəfləri yüksək effektivliklə vurmaq qabiliyyəti.
- Dairəvi informasiya sistemi. Qırıcının dörd tərəfində baş verənlər haqqında pilotun məlumatlandırılması.
- Yüksək manevr qabiliyyəti.
- Yaxın döyüşdə hədəflərə istənilən rakursdan atəş açmaq qabiliyyəti. Uzaq məsafədə gedən döyüşdə isə hədəflərə bir neçə kanaldan paralel raket zərbələri endirmək imkanı.
- Təyyarənin informasiya və maneə sistemlərinin avtomatlaşdırılması.
- Yüksək avtonom fəaliyyət. Təkyerli qırıcının kabinasında bir neçə sensordan alınan informasiyanı eyni zamanda göstərə bilən taktiki vəziyyət displeyinin quraşdırılması.
- Aerodinamika və bort sistemləri təyyarənin trayektoriyasını və uçuş bucağını hər hansı bir gecikmə olmadan dəyişməsini təmin edir. Bununla belə koordinasiya və idarə orqanlarının hərəkətlərinin ciddi uyğunlaşdırılması tələb olunmur.
- Təyyarə pilotun bəzi səhvlərini "bağışlayır" və ya "düzəldir".

Əlbəttə ki, bu üstün göstəricilərin hamısı deyil. Bu qırıcıların sınaqlarında 65000 göstəricinin sınaqdan keçirildiyini nəzərə alsaq, qırıcı istehsal edilməsinin mürəkkəbliyi və layihənin niyə bu qədər baha olması aydın olar. Pilotların taktiki məsələlərin həll edilməsində elektron idarəetmə orqanlarından yararlana bilmək qabiliyyətinə malik olmaları mütləqdir.

Uçuş texniki xüsusiyyətləri məxfi saxlanılsa da bəzi məlumatlar əldə etmək mümkün oldu:

- Təyyarənin boş çəkisi 13.1 t;
- Maksimum qalxma kütləsi 31 t;
- Uçuş məsafəsi 2200 km;
- Maksimun sürət 1931 km/saat;
- Döyüş radiusu 1093 km;
- Uçuş yüksəkliyi 18200 metr;
- Ümumi sursatlarının kütləsi 9000 kq.

F-35 müxtəli tipli raketlər, idarəolunan ağır bombalar və avtomatik top ilə təchiz edilir.

Bu qırıcılar ABŞ və İsraildən başqa Böyük Britaniya, Avstraliya, İtaliya, Yaponiya, Hollandiya, Norveç, Cənubi Koreya kimi ölkələrin HHQ-də istismar edilir. Bu qırıcıları əldə etmək istəyən çoxsaylı ölkələrin siyahısında Türkiyə də mövcuddur. Qırıcının bir saat havada qalması 35000-44000 dollara başa gəlir. Bu hadisədən sonra bəzi ölkələrin F-35 qırıcılarına olan maraqları ya azala, ya da tamamilə dondurula bilər. Təbii ki, sifarişçilərin məhsula təklif edəcəkləri qiymət də azalmaya doğru tendensiya nümayiş etdirəcək. Bunu həm F-35 qırıcısının hazırlayan "Lochheed Martin" şirkəti, həm də proqramın sifarişçisi olan ABŞ hərbi sənaye kompleksinin rəhbərliyi yaxşı anlayır.

Təbii ki, Pentaqonun bu qırıcıların 12.5 milyard dollarlıq böyük bir partiyasının alınmasına dair danışıqları öncədən başlanıb. Lakin imzalanma mərasiminin məhz F-35 qırıcısının ilk dəfə qəzaya uğraması gününə təsadüf etməsi həqiqətən də düşündürücüdür. İlk ağıla gələn odur ki, Pentaqon bu hərəkəti ilə rəsmən etiraf etməsə də, qəzanın pilot xətası üzündən baş verdiyini qəbul edir. Bu iddianın əvvəl də digər faktlarla daha real göründüyünü qeyd etdim. Əks halda heç olmasa baş verən qəzanın səbəblərinin açıqlanmasını gözləyər, texniki ekspertizanın rəyini dəyərləndirərdilər. Lakin bunların heç biri baş vermədi. F-35 qırıcısının alovu tam sönmədən, bəlkə də katapult edən pilot aviabazaya yetişmədən 141 ədəd eyni tipli yeni qırıcının alınması haqqında müqavilə imzalandı. Burada ola bilsin ki, yarım trilyon dollara yaxın yatırılan investisiyanın gələcək taleyi də nəzərə alınıb. Dolayısı ilə tarixin ən bahalı qırıcılarına hələ də yüksək tələbatın mövcud olması mesajını bu qaydada çatdırmağı düşünüblər.

Dünyanın hər yerində bütün modellərdən olan qırıcılar qəzaya uğrayıb, uğrayır və uğrayacaq da. Lakin belə bir bahalı və yeni bir modelin səbəbindən asıl olmayaraq qəzaya uğraması təəccüblüdür. Digər tərəfdən də qəzanın baş verməsindən bir həftə keçməsinə baxmayaraq nə Pentaqon, nə də DPK hələ də səbəblər barədə konkret açıqlama verməyə tələsmir. Bu ilk qəza olduğu üçün mövzu ətrafında çiddi müzakirələr aparılmır. Lakin sonrakı qəzalara daha ciddi reaksiya veriləcəyi şübhəsizdir. O zaman heç bir yeni müqavilə F-35 qırıcılarını xilas edə bilməyəcək.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: F-35   Qəza  

"Xaç suyu" heç kimə yardım etmir: F-35B niyə və hansı şəraitdə qəzaya uğradı? – EKSPERT

2018/10/20160-4616206722.jpg
Oxunub: 11384     14:27     05 Oktyabr 2018    