Serbiya ordusu Çindən PUA-lar alacaq

2018/09/FSGDE-1537969761.jpg
Oxunub: 1594     19:47     26 Sentyabr 2018    
Serbiya kəşfiyyat və hücum missiyaları üçün Çin istehsalı PUA-lar almağı planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Serbiya Müdafiə nazirinin müavini Nenad Miloradoviç bildirib.

Onun sözlərinə görə, bu barədə qərar özü sentyabrın 17-də Çinin paytaxtı Pekində səfərdə olarkən təsdiqlənib. Bu sistemlərin Serbiyada ilk uçuşu 2019-cu ildə baş tutacaq.

Əldə ediləcək PUA-lar həm gecə, həm də gündüz şəraitində müşahidə, nəzarə missiyası həyata keçirməyə və lazerlə idarəolunan sursat daşımağa qadirdir.

“Bu texnologiyanın əldə edilməsi Serbiya müdafiə sənayesinin kompleks elektro-optik sistemləri yerli istehsal edilmiş PUA-lara inteqrasiya etməyinə imkan verəcək”, - deyə Miloradoviç söyləyib.

Ağalar Ağalarlı
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Serbiya   Çin   PUA  


Bizi "telegram"da izləyin