“Lockheed” ABŞ üçün HIMARS raketləri istehsal edəcək

2018/09/lockheed_martin_to_deliver_18_m142_high_mobility_artillery_rocket_systems_launchers_to_romania-c82fb157ebd9e767b2cc0ff566972ee2_1537883189.jpg
Oxunub: 366     18:32     25 Sentyabr 2018    
Pentaqon və “Lockheed Martin” korporasiyası arasında HIMARS raketlərinin istehsalı ilə bağlı növbəti müqavilə imzalanıb.

Ordu.az xəbər verir ki, bu barədə rəsmi məlumatı Pentaqonun mətbuat xidməti yayıb.

Bildirilib ki, tərəflər arasında bağlanan müqaviləyə əsasən, şirkət ABŞ ordusu üçün 24 ədəd M-142 HIMARS raketlərinin istehsalını həyata keçirəcək.

Məlumata əsasən, istehsalı Texasda baş tutacaq raketlər 2022-ci ilin iyul ayına kimi Pentaqona təhvil veriləcək.

Qeyd edək ki, müqavilə qarşılığında Pentaqon “Lockheed Martin”ə 289,2 milyon dollar ödəyəcək.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Lockheed-Martin   HIMARS  

“Lockheed” ABŞ üçün HIMARS raketləri istehsal edəcək

2018/09/lockheed_martin_to_deliver_18_m142_high_mobility_artillery_rocket_systems_launchers_to_romania-c82fb157ebd9e767b2cc0ff566972ee2_1537883189.jpg
Oxunub: 367     18:32     25 Sentyabr 2018    