Tramp və Sisi İŞİD-ə qarşı mübarizəni müzakirə edib

2018/09/Снимок_1537878764.png
Oxunub: 404     16:38     25 Sentyabr 2018    
ABŞ prezidenti Donald Tramp misirli həmkarı Əbdül Fəttah Əl-Sisini terrorla mübarizədə əldə edilən uğurlara görə təbrik edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Tramp müharibənin asan olmadığını, lakin Misir ordusunun onun öhdəsindən uğurla gəldiyini bildirib.

“Bizim ikitərəfli əlaqələrimiz heç vaxt bu qədər yüksək səviyyədə olmayıb. Hazırda Misirlə həm hərbi, həm də iqtisadi olaraq ciddi işlər ortaya qoyuruq. Biz Misirin İŞİD-ə qarşı mübarizəsinə dəstək göstəririk və bu dəstəyi bundan sonra da davam etdirməkdə maraqlıyıq”, - deyə Tramp görüş zamanı bildirib.

Qeyd edək ki, tərəflər lazım olacağı təqdirdə ABŞ-ın Misirdə terrorla mübarizə əməliyyatlarında iştirakını da razılaşdırıblar.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Misir   İŞİD   Terrorla-Mübarizə  

Tramp və Sisi İŞİD-ə qarşı mübarizəni müzakirə edib

2018/09/Снимок_1537878764.png
Oxunub: 405     16:38     25 Sentyabr 2018    