Husilər Cəvf və Nehmdə Ərəb koalisiyasına hücumlar ediblər

2018/09/missile_1537876638.jpg
Oxunub: 448     15:57     25 Sentyabr 2018    
Husi qiyamçıları Səudiyyə Ərəbistanının Nehm və Yəmənin Cəvf vilayətində Ərəb koalisiyasına məxsus qüvvələrə hücum ediblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı qiyamçılara yaxın mənbə yayıb.

Bildirilib ki, Cəvfdə edilən hücum nəticəsində Səudiyyə Ərəbistanının liderlik etdiyi koalisiya qüvvələrinin 2 hərbi texnikası sıradan çıxarılıb, bir neçə hərbçi həlak olub.

Eyni zamanda Nehmdəki hücumda da koalisiya itki verib. Belə ki, edilən raket hücumlarında azı 7 hərbçi həlak olub, çox sayda yaralı var.

Qeyd edək ki, səsləndirilən iddialarla bağlı qarşı tərəfdən hələlik rəsmi açıqlama verilməyib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Ərəb-Koalisiyası   Səudiyyə-Ərəbistanı   Yəmən   Husilər  

Husilər Cəvf və Nehmdə Ərəb koalisiyasına hücumlar ediblər

2018/09/missile_1537876638.jpg
Oxunub: 449     15:57     25 Sentyabr 2018    