TUSAŞ müdafiə sahəsində Azərbaycanla təcrübə mübadiləsi aparacaq - FOTOLAR

2018/09/thumb-1537867094.jpg
Oxunub: 772     12:52     25 Sentyabr 2018    
“Türk Havacılık ve Uzay Sanayii” Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlıq protokolu imzalayıb.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, protokol əsasında TUSAŞ ölkəmizdəki əsas elmlər üzrə təcrübədən yararlanacaq, aviasiya və kosmik sənayesindəki biliklərini paylaşacaq.

Məlumata görə, protokolu TUSAŞ tərəfindən İnsan Resursları rəhbəri Mustafa Akkurt imzalayıb. Protokola əsasən AMEA-nın nəzdində həyata keçirilən akademik proqramlarla müdafiə və aviasiya sahələrində qarşılıqlı əməkdaşlığın təsis edilməsi, təcrübələrin paylaşılması və eyni zamanda araşdırma-təkmilləşdirmə işlərinin sürətləndirilməsi nəzərdə tutulub.

Mustafa Akkurt əməkdaşlığın sadəcə akademik çərçivə ilə məhdudlaşdırılmadığını, geniş elm və texnoloji ekosistemi əhatə etdiyini vurğulayıb.

Qeyd edək ki, TUSAŞ bu gün başlanan 3-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX) aviasiya və kosmik sənaye məhsullarını sərgiləyir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: AMEA   TUSAŞ   Azərbaycan-Türkiyə  

TUSAŞ müdafiə sahəsində Azərbaycanla təcrübə mübadiləsi aparacaq - FOTOLAR

2018/09/thumb-1537867094.jpg
Oxunub: 773     12:52     25 Sentyabr 2018    