“Rusiyanın Suriyaya S-300 verməsi böyük xəta olar” – Bolton

2018/09/thumb-1537852165.jpg
Oxunub: 472     09:08     25 Sentyabr 2018    
“Rusiyanın Suriyaya S-300 havadan müdafiə sistemi verməsi böyük xəta olar və bölgədəki yüksək gərginliyi önəmli ölçüdə artırar”.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Con Bolton səsləndirib.

Bolton rəsmi Moskvanın bu qərarı yenidən gözdən keçirməli olduğunu və ABŞ Xarici İşlər naziri Mayk Pompeonun rusiyalı həmkarı Sergey Lavrovla həmin məsələni müzakirə edəcəyini bildirib.

Regiondakı ABŞ qüvvələri üçün narahat olduqlarını, İsrailin də İranın aqressiv mövqeyinə qarşı özünümüdafiə hüququnun olduğunu ifadə edən Bolton İranın bölgədəki təsirini itirənə qədər ABŞ qüvvələrinin Suriyadan ayrılmayacağını qeyd edib.

“İran əsgərləri İran sərhədlərindən kənarda qaldığı müddətcə ayrılmayacağıq. Bu, İranın vəkillərini və İran meyilli silahlıları da əhatə edir”, - deyə Botlon vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Rusiya   Suriya   İran  

“Rusiyanın Suriyaya S-300 verməsi böyük xəta olar” – Bolton

2018/09/thumb-1537852165.jpg
Oxunub: 473     09:08     25 Sentyabr 2018    