"Ön xəttə yaxın yerlərdə kəndlərin olması məhsuliyyəti daha da aratırır" - ŞƏRH

2018/09/42460-1537798485.jpg
Oxunub: 1936     18:13     24 Sentyabr 2018    
Azərbaycan-Ermənistan qoşunlarının qarşıdurma xəttinin Ağdam rayonu istiqamətində xidmətin aparılması, ümumilikdə məhsuliyyəti və çətinliyi bir neçə dəfə artırır.

Ordu.az olaraq Ağdam cəbhəsində yerləşən bölmələrdə xidmət aparan hərbçilərimizlə elə xidmət ərazisində həmsöhbət olub bəzi qaranlıq məqamlarla tanış oluruq.

Cəbhənin digər istiqamətlərində olduğu kimi burada da xidmət səviyyəsi peşəkar zabitlər tərəfindən yüksək səviyyədə təşkil edilib ki, məhz buna da bariz nümunə kimi dəfələrlə bu istiqamətdə düşmənin məruz qaldığı məyusluğu göstərmək olar.

Hərbçilərlə həmsöhbət olan zaman onlar bu ərazilərdə xidmət aparmağın daha da məsuliyyət tələb etdiyini vurğulayırlar. Belə ki, bölmələrimizin arxasında, ən yaxın ərazilərdə yaşayış məntəqələrinin olması düşmənin təxribat fəaliyyətini şaxələndirir. Əlbətdə ki, dəfələrlə rayonun bir neçə kəndinin düşmən tərəfindən atəşə tutulmasının şahidi olmuşuq. Hətta məkrli düşmən hərbçilərimizə psixoloji təsir göstərmək məqsədilə təsərrüfat işi ilə məşğul olan dinc sakinləri atəşə tutmaqdan belə çəkinməyib. Lakin bütün hallarda hərbçilərin cavab tədbirləri sarsıdıcı olub. Məhz belə hadisələrdən sonra isə xalqla ordunun birliyi daha da möhkəmlənir.

Ehtiyatda olan polkovnik-leytenant Eldəniz Hüseynov burada olan şəraiti şərh edərək cəbhə xəttinə yaxın ərazilərdə yaşayış məntəqələrinin olmasının mənfi və müsbət tərəflərinə toxunub: “Ön xəttə yaxın yerlərdə kəndlərin olması zabitlər üçün məhsuliyyəti daha da aratırır. Sözsüz ki, burada xidmətin yüksək səviyyədə təşkil edilməsi bu məsələni diqqətdən qaçıra bilər. Ancaq bu hərdən mümkün məxfiliyin qorunması, döyüş manevri məhdudiyyəti, həmçinin düşmən diversiya qruplarının hərəkəti üçün münbit şərait yaradır.

Doğrudur bölmələrimizin aprel döyüşləri zamanı bu kimi problemləri olmasa da sadalananların fakt olduğunu da qeyd etmək lazımdır... Məsələn buradakı zabitlər şəxsi heyyətin təhlükəsizliyi ilə yanaşı, həm də dinc sakinlərin təhlükəsizliyi ilə də məşğul olurlar. Onların əkin-biçin işlərini təhlükəsiz görməsi üçün səylər göstərirlər ki, bu da hərbçilərin xidmətini daha da çətinləşdirir. Demək olar ki, burada xidmət aparan zabitlər birmənalı şəkildə öz rütbələrindən də artıq təcrübə toplayırlar”.

Həmçinin polkovnik E.Hüseynov burada yaşayan dinc əhali ilə hərbçilər arasında münasibətlərin yaxşı olmasının bölmələrə göstərdiyi təsiri də qiymətlədirib.

“Aprel döyüşləri zamanı Ağdam və Tərtər rayonunda yaşayan yerli əhalinin hərbçilərə qarşı münasibətini bütün dünya gördü. Ümumilikdə aprel döyüşləri zamanı aparıcı postda olan bir zabit kimi qeyd etmək istəyirəm ki, Azərbaycan xalqının orduya güvəni, inamı və hər zaman dəstək olmaq istəyi hərbçilər arasında döyüş ruhunun daha da yüksəlməsinə səbəb olur”, - deyə o bildirib.

Digər tərəfdən ekspert qeyd edib ki, məsələnin yaxşı tərəfləri kimi ön mövqelərdə əlaqə yolu, su, qaz və işıq infastukturlarından daimi istifadə edilməsi bölmələrdə xidmətin asanlaşdırılmasına səbəb olur.

Ümumən bütün bunlara baxmayaraq, cəbhənin Ağdam istiqamətində xidmət ən üst səviyyədə təşkil olunmaqla yanaşı, buradakı hərbçilərin hər an komandanlığın əmri ilə qarşıda görünən, işğal altında olan olan Ağdam kəndlərini, o cümlədən xarabalığa çevrilmiş şəhəri işğaldan azad etməyə hazır olduğunu bildirirlər.

Elgün Gəncimsoy
Ordu.az

Teqlər: Ağdam   Cəbhə  

"Ön xəttə yaxın yerlərdə kəndlərin olması məhsuliyyəti daha da aratırır" - ŞƏRH

2018/09/42460-1537798485.jpg
Oxunub: 1937     18:13     24 Sentyabr 2018    