Avqustda 500-dən çox əfqan əsgər həlak olub - HESABAT

2018/09/42509115_2409231302450998_5123838328487018496_n_1537797276.jpg
Oxunub: 561     19:52     24 Sentyabr 2018    
Ötən ay ərzində Əfqanıstan Milli Ordu qüvvələri qanunsuz silahlı qruplaşmalarla aparılan döyüşlər nəticəsində 500-dən çox qurban verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə hesabatı Əfqanıstan Müdafiə naziri Tariq Şah Bəhrami bildirib.

“Ötən ay ərzində ölkədə azı 21 əməliyyat həyata keçirilib. Düşmənin itkiləri 2270 ölü, 1224 yaralı və 44 həbsdir. Təəssüf ki, bizim də itkilərimiz böyükdür. Bu qarşıdurmalar nəticəsində milli ordunun 513 hərbçisini itirmişik, 718 hərbçi isə yaralanıb”, - deyə nazir bildirib.

Müdafiə nazirinin hesabatını dinləyən senatorlar isə ölkənin təhlükəsizlik vəziyyətini ağır dillə tənqid edərək, terrorçu qruplara qarşı aparılan müharibə strategiyasının dəyişdirilməli olduğunu vurğulayıblar.

Senator Zalmay Zabuli təhlükəsizlik üzrə rəsmilərin uğursuz olduğunu və bunun ölkədəki vəziyyəti daha da pisləşdirdiyini söyləyib. O, rəsmilərdən ABŞ-la imzalanmış təhlükəsizlik sazişinin niyə tətbiq olunmaması barədə gerçəyi demələrini tələb edib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Əfqanıstan   Taliban   İŞİD   İtki  

Avqustda 500-dən çox əfqan əsgər həlak olub - HESABAT

2018/09/42509115_2409231302450998_5123838328487018496_n_1537797276.jpg
Oxunub: 562     19:52     24 Sentyabr 2018    