Hindistan “Spike” raketlərini yenidən nəzərdən keçirir

2018/09/42446245_2222480884665153_4287675133021126656_n_1537797115.jpg
Oxunub: 364     19:31     24 Sentyabr 2018    
Hindistan hökuməti İsrail hökuməti ilə birbaşa təmaslar vasitəsilə “Spike” raketlərinin alınmasında bu dəfə daha qərarlı görünür.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyinə yaxın naməlum mənbə bildirib.

Mənbənin sözlərinə görə, “Spike” raketlərinin alınması ilə bağlı qərar hazırda Hindistan Müdafiə Tədarükü Şurasının baxışına verilib. Şura satınalmanı təsdiqləyəcəyi təqdirdə sözügedən raketlərin gələn yay ərzində sınaqlarına başlana bilər.

Satınalma planı Şuranın bu həftə baş tutacaq iclasında nəzərdən keçiriləcək. Plana görə, Hindistan İsraildən 170 atıcı, 4500 raket və 15 simulyator əldə etməyi düşünür.

Xatırladaq ki, öncəki müqavilədə Hindistan 8000 “Spike” raketi almağı planlaşdırırdı. Lakin bu müqavilə bu ilin yanvarında birtərəfli olaraq ləğv edildi. Səbəb isə Hindistanın tank əleyhinə raketlərə olan ehtiyacının yerli vasitələrlə ödənilə biləcəyi düşüncəsi idi.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Hindistan   Spike   Raket  

Hindistan “Spike” raketlərini yenidən nəzərdən keçirir

2018/09/42446245_2222480884665153_4287675133021126656_n_1537797115.jpg
Oxunub: 365     19:31     24 Sentyabr 2018    