“Northrop” istehsal xərclərini azaltmağın yollarını axtarır

2018/09/Pegas-1537792934.jpg
Oxunub: 433     16:41     24 Sentyabr 2018    
“Northrop Grumman” şirkəti istehsal etdiyi raketlərin maya dəyərini daha da azaltmaq yollarını axtarır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı şirkətin vitse-prezidenti Fil Coys bildirib.

O qeyd edib ki, şirkət bu məqsədlə tədarükçülərlə imzaladığı müqavilənin uzadılmamasını və əvəzində yeni tenderlərin elan edilməsini planlaşdırır.

“Peqasus” və “Minotavr” raketlərini əhatə edən planlara görə şirkət eyni zamanda bu vasitələrin istehsalı ilə bağlı bəzi mərhələləri bu sahədə ixtisaslaşmış başqa şirkətlərlə müştərək şəkildə həyata keçirəcək.

Şirkət bununla da raketlərin istehsalı üçün ayrılan xərcləri təxminən 20-25 faiz aşağı endirəcək ki, bu da onun bu satışlardan əldə etdiyi xalis mənfəəti 10-12 faiz yüksəldəcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Northrop-Grumman  

“Northrop” istehsal xərclərini azaltmağın yollarını axtarır

2018/09/Pegas-1537792934.jpg
Oxunub: 434     16:41     24 Sentyabr 2018    