Ukraynalı ekspert: ““ADEX-2018”də Azərbaycan üçün “Taipan”lar daha maraqlı ola bilər”

2018/09/indod-6151152520.jpg
Oxunub: 1106     15:17     24 Sentyabr 2018    
"Azərbaycan üçün yeniliklərə gəldikdə isə "Taipan" müasir döyüş modulu layihəsi gələcək inkişaf imkanlarına malikdir. Həmçinin, mən HERMES-C2 döyüşü idarəetmək üçün bort informasiya sistemini, zirehli vasitələrin dinamik və aktiv qorunma vasitələrini, pilotsuz sistemlər seqmentində isə ACS-3 (Raybird-3) pilotsuz aviasiya kompleksini qeyd edərdim".

Narahatedici o mənada ki, bu məsələdə heç bir "diplomatik" çıxış yolu müşahidə olunmur. Bakı və İrəvanda əks tərəflər arasında qırmızı xəttlər çəkilib, onların keçilməsi isə yaxın gələcəkdə gözlənilmir.

Ordu.az Ukrayna Ordu Tədqiqatları, Konversiya və Silahlanma Mərkəzinin Cənubi Qafqaz bölməsinin rəhbəri (Tiflis şəhəri) Vladimir Kopçak ilə müsahibəni təqdim edir:

- Ukrayna ilə Azərbaycan arasında hal-hazırda mövcud olan hərbi-texniki əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz?

- Azərbaycan silah və hərbi texnika, hərbi və ikili təyinatlı məhsul və xidmətlərin ixracında Kiyevin əsas tərəfdaşı olub və indidə həmin rolda qalmaqdadır. Dövlətlərimiz arasında uzunmüddətli hərbi-texniki sahədə əməkdaşlıq fəaliyyəti müvəffəqiyyətli faktlarla zəngindir. Nümünə kimi, müasir dövrün müxtəlif dönəmlərində Ukraynanın Azərbaycana müdafiə məhsullarının əsas tədarükçüsü kimi çıxış etməsini göstərmək olar. Kiyev və Bakı müdafiə sənayesində özlərini etibarlı tərəfdaşlar kimi təsdiq ediblər. Azərbaycana gətirilən Ukrayna hərbi texnikasının nomenklaturasını sadalamaq müsahibədə bir necə sətir tuta bilər.

Ayrı-ayrılıqda vurğulamaq lazımdır ki, Azərbaycan tərəfindən göstərilən maraq yüksək texnologiyalı çoxmillətli layihələrə təkan verir. Burada Ukrayna və Cənubi Afrikanın Mi-24G helikopterinin modernləşdirilməsi və Ukrayna ilə Belarusun "Stilet" zenit raket kompleksinin inkişafı üzrə birgə proqramını xüsusi vurğulamaq lazımdır. Ukrayna-Azərbaycan ikitərəfli münasibətlərinin daha da inkişaf etdirilməsi üçün böyük bir baza əldə edilib.

Ukrayna-Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq sahəsində hazırkı vəziyyəti, hazır nümunələrin birbaşa satınalınmasından yüksək texnologiyalı müdafiə məhsullarının birgə istehsalına yönəldilməsinin vacibliyini hər iki tərəfin qarşılıqlı anlaşma ilə qarşıladığını nəzərə alaraq, mən keçid dövrü kimi xarakterizə edirəm. Bu gün Bakı böyük miqdarda müasir silahların satınalınması üçün iqtisadi resurslara malikdir. Tədricən ölkənin hərbi sənayesi xarici nümunələrin “özününküləşdirilməsinə” üstünlük verilir: böyük detalların istehsalından yüksək texnologiyalı məhsulların yaradılmasına qədər.

Bunun necə işləyəcəyini gözləyək. Göründüyü kimi, bir zamanlar müdafiə sənayesinin formalaşmasında bənzər bir mərhələ keçən tərəfdaşların təcrübəsi nəzərə alınır. İlk növbədə söhbət Türkiyədən gedir.

Azərbaycanın "yüksək texnologiyalı" silah bazarının yeni qaydaları ilə hərəkət etməsi, burada Türkiyə və ya İsraillə rəqabət aparmaq üçün öz yerini tutmağa çalışması, Ukrayna üçün ayrıca bir çağırışdır. Müharibə səbəbi ilə son dörd il yarım müddətdə Ukraynanın hərbi sənayesi öz ordusunun ehtiyaclarını qarşılamağa istiqamətlənib. Bu isə Ukraynanın həm silah ixracının həcminə, həm də onun nomenklaturasına təsir etməyə bilməzdi. Belə bir şəraitdə Azərbaycana müdafiə sənayesi yalnız alıcı kimi deyil, həmçinin birgə layihələrdə təchizatçı və ya tərəfdaş kimi baxılmalıdır.

- Ukraynanın hərbi sənaye kompleksi yerində dayanmır. Bu gün Ukraynanın müdafiə sənayəsinin hansı yeni məhsulları Azərbaycanı maraqlandıra bilər?

- Müharibə etmək ordunun ehtiyaclarını təmin etmək, yeni müasir silahların yaradılmasını tələb edir.

Bakıda sabah başlayacaq ADEX-2018 sərgisində Ukraynanın milli stendlə cıxış etməsi artıq bir ənənə halna gəlib. Sərgidə əsas diqqət zirehli nəqliyyat vasitələri seqmentindəki müasir inkişaflara, idarəolunan döyüş modullarına, yüksək dəqiqlikli məhvetmə vasitələrinə və pilotsuz aviasiya sistemlərinə yönəldiləcək.

Azərbaycan üçün yeniliklərə gəldikdə isə "Taipan" müasir döyüş modulu layihəsi gələcək inkişaf imkanlarına malikdir. Həmçinin, mən HERMES-C2 döyüşü idarəetmək üçün bort informasiya sistemini, zirehli vasitələrin dinamik və aktiv qorunma vasitələrini, pilotsuz sistemlər seqmentində isə ACS-3 (Raybird-3) pilotsuz aviasiya kompleksini qeyd edərdim.

Hərbi-texniki əməkdaşlıq sahəsində Azərbaycanın maraqlarına xidmət edəcək An-178 nəqliyyat təyyarəsinin tikintisi layihəsinin həyata keçirilməsi, Kiyev və Bakı münasibətlərinin real sınağı ola bilər. Qeyd etmək istərdim ki, müqavilənin həyata keçirilməsi çərçivəsində Ukraynanın aviasiya sənayesi Moskva ilə hərbi-texniki əməkdaşlığın pozulmasından sonra Rusiya komponentlərinin əvəz edilməsini həyata keçirir, bu proqramın Azərbaycanda uğurla həyata keçirilməsi milli aviasiya sənayesinin inkişafı üçün baza yarada bilər.

- Azərbaycanın hərbi potensialını necə qiymətləndirirsiniz?

- Müsahibə formatında belə bir "dissertasiya" mövzusunun açılmasında kifayət qədər məlumatlı olduğumu düşünmürəm. Mən Azərbaycanın hərbi potensialının sistemli artımını obyektiv şəkildə müəyyən edən bir sıra aşkar amilləri qeyd edə bilərəm.

İlk növbədə bu, milli təhlükəsizliyin əsas məqsədinin dövlətin ərazi bütövlüyünün, o cümlədən hərbi gücdən istifadə ilə bərpası prinsipinin Azərbaycan tərəfindən doktrinada öz əksini tapmasından ibarətdir. Müharibəyə, özü də hücum əməliyyatlarına hazırlıq, paralel olaraq qarşılıqlı təlimlərdə və qoşunların döyüş hazırlığında əlaqəli və sistemli şəkildə özünü büruzə verir.

İkincisi, Azərbaycanın iqtisadi potensialı yeni silah və hərbi texnika sistemlərinin təchiz olunması baxımından silahlı qüvvələrin planlaşdırılmış kəmiyyət və keyfiyyət üstünlüyünə güvənməyə imkan verir.

İkincisi, Azərbaycanın iqtisadi potensialı silahlı qüvvələrin kəmiyyət və keyfiyyət göstəricilərinə görə daha müasir silah və hərbi texnika nümunələrinə planlı şəkildə keçməsinə imkan verir. Bakının həm silah alınmasına sərf etdiyi məbləğ, həm də müdafiə məhsullarının xarici təchizatçılarının diversifikasiyası bu suala tam səlist şəkildə cavab verir. Mənim fikrimcə, Ermənistanın hərbi imkanlarını Azərbaycanla müqayisə etmək düzgün deyil. Dağlıq Qarbağ münaqişəsində əsas hakim Rusiyanın kifayət qədər təsir vasitələri mövcuddur, Moskvanın məqsədi qısa müddətdə balansı və ya pariteti saxlamağa nail olmaqdan və münaqişəni əvvəlki dondurulmuş vəziyyətinə qaytarmaqdan ibarətdir.

- Sizin fikrinizcə, Qarabağda hərbi əməliyyatların yenidən başlama ehtimalı hansı dərəcədədir?

- Mən bu ehtimalı qiymətləndirməyəcəyəm və cəbhədəki vəziyyətlə bağlı hər hansı bir proqnoz verməyəcəyəm. Lakin narahatedici simptomlar kifayət qədərdir.

Yanılmaq isdərdim, lakin müzakirələrin "Minsk formatı"nda aparılması görüntü xarakterlidir. Almaniya kanslerinin münaqişənin sülh yolu ilə həll edilməsinə yardım etməyə hazır olmaları barədə bəyanatı da "protokol" xatirinə verilən açıqlamadan başqa bir şey deyil. Əslində, faktiki olaraq, beynəlxalq oyunçulardan prosesdə əsas tənzimləyici, arbitr, vasitəçi və s. kimi yalnız Moskva çıxış edir. Bu bir fakt kimi qəbul edilməlidir. Üstəlik, Rusiya tənzimləyici kimi bu rolunu istənilən halda qorumaqda və saxlamaqda davam etmək üçün əlindən gələni edir, eyni zamanda İrəvan və Bakı arasında birbaşa ikitərəfli formatda dialoqun yaradılmasında da maraqlı deyil.

Belə bir strategiyaya, mənim fikrimcə, bu gün Dağlıq Qarabağ ətrafındakı münaqişə Qərb ölkələrinin beynəlxalq gündəmindən daha ciddi ziddiyyətlər səbəbindən çıxarılıb. Bu regional qarşıdurmanın "mötərizə xaricinə çıxarılmasını" minimum, uzaqgörən yanaşma kimi hesab etmirəm...

- Qarabağ müharibəsi başladıqda Ukraynanın simpatiyası kimin tərəfində olacaq?

- Burada simpatiya, antipatiya mənim fikrimcə uyğun kategoriyalar deyil. Bütün mümkün beynəlxalq formatlarda Kiyev və Bakı bir-birinin ərazi bütövlüyünü və suverenliyini ardıcıl olaraq dəstəkləməsi çox vacib bir amildir. Bunu gələcəkdə də qoruyub saxlamaq vacibdir, bunu qiymətləndirmək lazımdır. Əgər Azərbaycan və Ermənistan arasında tammiqyaslı "məhv etmə müharibə" ssenarisindən söhbət edirsinizsə, mən bu variantı istisna edirəm, daha doğrusu bu barədə düşünmürəm. Bu, hər iki ölkə xalqı üçün fəlakət və faciə olacaq. Cari geosiyasi reallıq şərtlərində cəbhədəki uzunmüddətli idarə olunmayan eskalasiya, yerli münaqişənin geniş miqyaslı regional müharibəyə çevrilməsinə gətirib çıxara bilməsini hələ demirəm.

Bəhram Batıyev
Ordu.az

Teqlər: Ukrayna-Azərbaycan   MSN  

Ukraynalı ekspert: ““ADEX-2018”də Azərbaycan üçün “Taipan”lar daha maraqlı ola bilər”

2018/09/indod-6151152520.jpg
Oxunub: 1107     15:17     24 Sentyabr 2018    