Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, layihəni həyata keçirən firma isə “TUSAŞ Motor Sanayii AŞ” (TEI) şirkətidir.
Məlumata görə, “Turboşaft Mühərrik Təkmilləşdirmə Layihəsi”nin 8 illik müddətinin 1,5 ili artıq geridə qalıb. TEI layihənin əvvəlcədən planlaşdırdığı üzrə 5,5 il ərzində əldə edəcəyi nəticələrə indi də 4 ildə nail olmağı hədəfləyir.
T625-in yerli mühərriklə ilk uçuşunu 2021-ci ilin ilk yarısında planlaşdırıldığı üçün, layihə çərçivəsindəki işlər də bu hədəf əsasında sürətləndirilib.
Layihədə əsas mərhələlərdən biri sentyabrın beşində həyata keçirilib. Belə ki, T625-in ilk sınaq uçuşunun baş tutduğu 6 sentyabrdan bir gün öncə mühərrik işə salınıb.
Layihənin qarşıdakı mərhələlərində mühərrikin qərarsız vəziyyətlərdə necə reaksiya verəcəyi sınaqdan keçiriləcək. Məsələn 150-180% ağırlıqda yüklərə məruz qalacaq mühərrikin necə işləyəcəyi, hansı reaksiya verəcəyi müşahidə ediləcək. Eyni zamanda ömür sınağı üçün günlərlə işlədiləcək mühərrikin limitləri də müəyyən ediləcək.
Ağalar Ağalarlı
Ordu.az