Əfqanıstanda 30 terrorçu məhv edilib

2018/09/Afgha-1537778454.jpg
Oxunub: 359     12:52     24 Sentyabr 2018    
Əfqanıstan təhlükəsizlik qüvvələri ötən gün ərzində qanunsuz silahlı dəstələrə qarşı əməliyyatlarını davam etdirib.

Ordu.az xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, əməliyyatlar ölkənin 15-ə yaxın vilayətini əhatə edib. Bu əməliyyatlar nəticəsində ümumilikdə 30 silahlının məhv edildiyi bildirilir.

Əməliyyat zamanı Əfqanıstan HHQ ilə QQ hava və qurudan olmaqla qiyamçıları artilleriya, raket atəşinə tutub. Zərərsizləşdirilən qiyamçılarla yanaşı daha 4 silahlı isə ələ keçirilib.

Həmçinin əməliyyat nəticəsində 13 sığınacaq yerlə-yeksan edilib, 16 ədəd kustar üsullarla hazırlanmış partlayıcı qurğular sıradan çıxarılıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Əfqanıstan   Terror  

Əfqanıstanda 30 terrorçu məhv edilib

2018/09/Afgha-1537778454.jpg
Oxunub: 360     12:52     24 Sentyabr 2018    