Eyvaz Hüseynovdan seperatçılara cavab: “Onun mövqeyini özbaşına tərk etməsi cinayət idi” – MÜSAHİBƏ (FOTOLAR)

2018/09/4-1537773890.jpg
Oxunub: 5621     11:17     24 Sentyabr 2018    
Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin ilk qığılcımları yaranan gündən qəhrəman millətimiz öz hesabına necə deyərlər şərəf, namus mübarizəsinə qalxıb. Özü də bəzi hallarda heç bir dəstək almadan, öz gücləri, əldə olan vasitələri hesabına...

Yaşanan çətinliklərə baxmayaraq, həmin qanlı-qadalı illərin mübarizə aparan şahidlərinin bir qismi bu yolda həlak olsa da, hazırda kifayət qədər şahidlər həyatdadır. Özü də o ağır xatirələri öz çiyinlərində daşıyaraq... Lakin hazırkı güclü, qüdrətli Azərbaycan Respublikasının əlehinə, ölkənin nüfuzuna xələl gətirmək üçün hər cür iyrənc vasitələrə əl atan qüvvələr də az deyil. Onların bəziləri isə düşmən qucağına girərək, həqiqəti əks etdirməyən çıxışlarla vaxtı ilə səngərdə qanları bir-birinə qarışmış vətən oğullarını üz-üzə qoymağa can atırlar.

Son zamanlar müxtəlif internet portallarında dövlətimizə və dövlətçiliyimizə qarşı seperatçı xarakter daşıyan təbliğat kompaniyaları baş qaldırır. Düşmən quyusuna su tökməkdən başqa heç nəyə xidmət etməyən təxribatçılar ümumən səsləndirdikləri ifadələrdə heç bir faktı əks etdirmirlər.

Təxribatçı portalların birində Ələkrəm Hümbətov (1992-1993-cü illərdə Azərbaycan Müdafiə nazirinin müavini, 1993-cü ildə Azərbaycanın cənub bölgələrində formalaşdırılmış qondarma qurumun "rəhbəri" olub. 2004-cü ildən Hollandiyada mühacirətdə yaşayan Ələkrəm, dəfələrlə Ermənistanda olub) çıxış edərək həm Lənkəran özünümüdafiə batalyonunun xidmətinə, həm də digər bölmələrin döyüş yoluna kölgə salıb. Əlbətdə ki, yalan və iftira dolu sözlərlə...

Belə ki, o, öz müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin ilk illərində Xocavənd rayonunun müdafiəsi haqqında bir sıra yanlış ifadələr səsləndirib. Əlbəttə, səsləndirilən yalan ifadələrin məqsədi insanlar arasında təxribata hesablanır.

Ələkrəm Hümbətovun təxribatçı müsahibəsi zamanı Xocavənd ərazisi haqqında baş verən hadisələrin bəzi işıq üzü görməyən məqamlarını təqdim etmək üçün Eyvaz Hüseynova müraciət edirik.

Ordu.az-ın müsahibi Eyvaz Hüseynov keçmiş döyüşçü olmaqla yanaşı, Qarabağ münaqişəsinin başladığı ilk andan sözügedən ərazilərdə məsul vəzifələrdə işlədiyi üçün hadisələrin canlı şahidi olub. Hazırda isə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində Vətənə xidmət edir.

- Eyvaz müəllim, istərdik savaşın ilk illərindən başlayaq. Həmin illər yerli özünümüdafiə dəstələriniz mövcud idi. Lakin bizdəki məlumata görə sizə cənub bölgəsindən də dəstək gəlib. Həmin illər nələr baş verirdi?

- 1988-ci ildən Qarabağ məsələləri baş qaldıranda məsələyə ən aktiv reaksiya verərək mübarizəyə qalxan bölgələrimizdən biri də cənub bölgəsi idi. 1989-cu ildən Qarabağda azərbaycanlılar yaşayan hər bir kəndi bir rayon himayəyə götürürdü. Yəni dövlət tərəfindən kəndlər himayəyə verilmişdi. O zaman bizim kəndimizi də (Xocavənd rayon Muğanlı kəndini nəzərdə tutur – red ) Lənkəran rayonu himəyəyə götürmüşdü. Deməli 1989-cu ildə Lənkəranın 82 kəndi var idi. Onlar Muğanlı kəndini Lənkəranın 83-cü kəndi elan etmişdilər və bizim çox ciddi əlaqələrimiz var idi. Bu əlaqələr bütün rayon rəhbərliyi səviyyəsində yaradılırdı. Hətta lənkəranlı gənclərin bizim kəndə gəlmələri uğrunda mübarizə gedirdi. Onlar hamılıqla mübarizəyə atılmışdılar. Biz xocavəndlilər bu gün də lənkəranlılarla əlaqə saxlayırıq. Onların xidmətini hər zaman minnətdarlıq hissi ilə xatırlayırıq. Bunu danmaq, unutmaq mümkün deyil...

- Gəlin konkretləşdirək. Cənub gölgəsindən Xocavəndə hansı yardımlar göstərilirdi?

- Həmin dövlərdə mən orada olan bütün fəalları tanıyırdım. Hətta Ələkrəm Hümbətovu da şəxsən tanıyırdım. O zaman mən tez-tez Lənkərana gedib-gəlirdim. Onlar kəndin müdafiəsi üçün ov tüfəngləri, patronlar, canlı qüvvə yardımı ilə yanaşı kənddə sosial obyektlərin tikilməsində, əhalinin ərzaq təminatında da əvəzsiz yardım göstərirdilər. Demək olar ki, kənd təmamilə Lənkəranın himayəsində idi.

- Bəs əlaqələrinizin zəifləməsi necə baş verdi?

- Deməli, 1992-ci ildə müharibə daha da kəskinləşəndən sonra əlaqələrimizdə müəyyən problemlər yarandı. Gediş-gəliş azaldı... Qeyd edim ki, həmin dövrdə kəndimizin rayon mərkəzi ilə heç bir əlaqəsi olmadığına, ümumilikdə idarə olunan bir mərkəzlə bağlılığı olmadığına görə demək olar ki, Muğanlı bütün ölkədən təcrid olunmuş təəssüratı bağışlayırdı. Vəziyyət çox ağır idi. Bu barədə daha geniş danışacağam...

- Bəs qonşu rayonlardan necə diqqət görürdünüzmü?

- 1992-ci ildə Ağdam rayon rəhbərliyi, rayonun könüllülərdən ibarət dəstələri bütün çağrışlarımıza cavab verib və hər zaman yardım əllərin uzadırdılar. Ağdamlı döyüşçülər bizim ərazilərimizdə də bizimlə birgə müdafiə postlarında dayanırdılar. Ağır döyüş toqquşmalarında cəsarətlə iştirak edirdilər. Demək olar ki, həmin illər biz Bakıdan heç bir dəstək görmədik. Umduğumuz yer də Ağdam idi, küstüyümüz yer də...

1992-ci ildə artıq gərginlik pik həddə idi. Ərazimiz çox geniş olduğu üçün basqın və döyüş toqquşmaları da çox olurdu. Həmin dövrdə artıq 5 kəndin ikisi işğal olunmuşdu. 1991-ci ilin noyabr ayının 19-da artıq Xocavənd kəndi də işğal olundu. Sonra fevral ayının 17-də Qaradağlı kəndi işğal olundu. Orada soyqırım törədildi... Əlimizdə Muğanlı, Əmiralılar, Kuropatkino kəndləri qalmışdı. Çox ağır və çox çətin vəziyyətdə idik.

1992-ci ilin may ayında bizim ərazidə çox gərgin vəziyyət var idi. Yəni güc-qüvvə az, ərazi isə çox böyük idi. Təxminən 20 km uzunluğunda ərazidə postlar qurmağa qüvvə yox idi. Qeyd edim ki, o dövrdə ağdamlılarla yanaşı Ağcabədidən, Səlyan və Ağdaşdan da könüllülər gəlirdilər. Burada yerli özünümüdafiə dəstələrindən başqa daimi olaraq cəmi bir batalyon xidmət aparırdı ki, o da Beyləqan özünümüdafiə batalyonu olub. Amma bu ərazinin relyefi və genişliyi baxımından burada olan qüvvələr yetərli qədər deyildi. Şuşa şəhəri işğal olunduqdan sonra isə qüvvələrin bir qismi çəkilib getmişdi.

- Bəzi təxribatçı dairələrin yaydığı məlumatlara görə, guya onlar sizin cavabdeh olduğunuz ərazilərə Baş Qərargah rəisi Şahin Musayevin əmri ilə gələrkən Əmiralılar kəndində 2 Ağcabədi batalyonu, 1 Sumqayıt batalyonu, Muğanlı kəndində 2 rota və 1 Beyləqan batalyonu olub. Lakin vurğulanır ki, həmin batalyonlar sənəd üzərində orada olsa da, şəxsi heyət və yerli insanlar orada olmayıb. Bu məlumat nə dərəcədə doğrudur?

- Faktiki olaraq həmin dövrdə cəmi bir batalyon var idi ki, o da natamam idi. Belə deyək, 300 nəfər döyüşçü var idi. Ərazimiz isə Ağdam rayonunun Pirə bulaq adlanan yerindən başlayaraq, yol boyu Elçidaşı oradan isə Əmiralılar kəndinə qədər uzanırdı.

- Həmin dövrdə yerli qüvvələrin texnika və silah-sursatla təminatı hansı vəziyyətdə idi?

- Heç bir hərbi texnikadan söhbət gedə bilməzdi. Atıcı silahlar az sayda idi. Cəmi bir pulemyotumuz və bir neçə doludağıdan topumuz varı idi. Həmin pulemyotun nömrəsi (YK-622) hələ də yadımdadır. Biz o silahı bir mövqedən atdıqdan sonra dərhal minik maşınına qoyub digər əraziyə aparıb oradan atıdırdıq ki, düşmən həmin silahların çox olmasını zənn etsin.

Həmin şəxslərin təxribatçı çıxışlarına cavab olaraq bildirim ki, may ayının 7-də Ağdaş rayonundan olan könüllülərin komandiri Veys Məmmədovla birlikdə (V.Məmmədov Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı olub. Həmin dövrdə vətənpərvər və şücaəti ilə xüsusi yadda qalıb. Hazırda Ağdaş rayonunda yaşayır) Müdafiə Nazirliyinə getdik ki, burada yaşanan situasiyanı onlara izah edək. 1992-ci ilin may ayının 8-i günü biz nazirlikdə olduq. Orada o qədər gərginlik var idi ki, heç kim-heç kimə vaxt ayıra bilmirdi. Xəbər tutduq ki, Rəhim Qaziyev otağında yoxdur. Şahin Musayevin yanına getməli olduq. Biz Veyslə birgə bütün vəziyyəti Ş.Musayevə izah etdik. Ona bildirdik ki, bu ərazilərin xüsusi strateji əhəmiyyəti var. Əgər bu ərazilər düşmənin əlinə keçsə Ağdam şəhəri müdafiə oluna bilməyəcək. Qısası onlardan bölgəyə qüvvə verməsini xahiş etdik. O isə bizə əllərində qüvvə olmadığını bildirdi.

Nazirlikdən çıxanda Cəmil Hacıyevlə qarşılaşdıq. Onunla əvvəldən yaxşı münasibətlərim var idi. Hal-əhval tutandan sonra mənə dedi ki, bəs batalyon yaratmışıq, təlim keçmişik, amma silah-sursatımız yoxdur. Mən ona bildirdim ki, kənddə vəziyyət çox pisdir. Cəmil təklif etdi ki, icazə alım onlar kəndin müdafiəsini təşkil etsinlər. Belə də etdik. Mən yenidən Ş.Musayevin otağına qayıdıb Lənkəran batalyonu haqqında Cəmilin verdiyi məlumatları ona bildirdim. Xahiş etdim ki, bu batalyon silahlandırılaraq bizim ərazilərin müdafiəsinə getməsinə əmr verilsin. O, Cəmil Hacıyevi çağırıb yanımızda lazımi tapşırıqlar verdi və silah-sursatın Beyləqana göndəriləcəyini bildirdi. Mənə də tapşırdı ki, Lənkarana gedib oradan batalyonla birgə Xocavəndə qayıdım. Ola bilsin ki, tarixdə bir gün səf edə bilərəm. May ayının 12-si Lənkərana gəldim. Baxdım ki, burada çox nizami batalyon yaradılıb, Ələkrəm Hümbətov batlyonun komandiri Cəmil Hacıyev isə onun müavinidir. Mən Ələkrəmla görüşəndən sonra o hər şeyin qaydasında olduğunu bildirdi. Daha sonra biz batalyonun qarşısında çıxış etdik. Şəxsi heyətdə ruh yüksəkliyi, döyüş əzmi maksimum səviyyədə idi. Onların təxminən iki bölüyü “Qurani-Kərim”in altından keçərək avtobuslara mindi. Mən də Ələkrəmin xidməti UAZ-ına mindim və düşdük qabağa...

Biz artıq Daşburuna çatanda Müdafiə Nazirliyi silahları göndərmişdi. İlkin olaraq 124 ədəd “Kalaşnikov” avtomat göndərdilər. Silahları təhvil aldıqdan sonra Xocavəndə gəldik. Onların gəlişi demək olar ki, ərazinin müdafiəsində dayananların, o cümlədən yerli əhalinin sevincinə səbəb oldu. Kuropatkino tərəfdə yerləşdikdən sonra dərhal bir taqımı posta göndərdilər. Bizim qərargahda görüşlərimiz oldu. Orada Ağcabədidən gələn könüllülərin komandiri də iştirak edirdi. Demək olar ki, Lənkəran batalyonunun gəlişi bizi rahat yatmağa belə sövq edirdi...

Bəs sonra...?

Ayın 14-ü günü idi. Xəbər gəldi ki, Lənkəran batalyonu ərazini tərk edir. Düzü məyus olsam da, ilkin olaraq xəbərə inanmadım. Qardaşım Əbülfət Hüseynov və iki yerli döyüşçü götürüb əraziyə getdik. Baxdım ki, həqiqətən də bunlar bütün yüklərini yığıb çıxmağa hazırlaşırlar. Mən maşından düşəndən sonra xeyli sayda könüllü döyüşçülər mənə yaxınlaşıb bildirdi ki, - komandir getməyimizi əmr edir. Xahiş edirik elə edin ki, biz qalıb burada vuruşaq. Biz döyüşməyə gəlmişik. Həqiqətən də lənkəranlı döyüşçülər qorxmaz və mərd idilər. Bunu birmənalı şəkildə danmaq olmaz. Ələkrəma yaxınlaşıb, nə baş verdiyini soruşdum. O dedi ki, təcili getməlidir. Səbəb kimi isə hakimiyyətin dəyişməsi və rusların Lənkərana gəlmə ehtimalının olmasını göstərdi. Ondan getməməsi üçün çox xahiş etdim. Hələ gözlərim də dolmuşdu... Bizi qoyub getməmələrini israrla xahiş etsəm də məhəl qoymadı. Hələ üstəlik dedi ki, sizin də bu ərazidə qalmağınız məsləhət deyil. Bir belə xahiş-minnətə məhəl qoymamağı bir yana, hələ üstəlik bizdən onları Beyləqana aparmağa maşın tələb etdilər. Beləliklə, o, heç bir rəsmi mərkəzə məlumat vermədən şəxsi heyətə döyüş mövqelərini tərk edib, Lənkərana getmək barədə əmr verdi.

- Həmin vaxtı onun döyüş mövqeyini tərk edib getməsinə bir əsas var idimi?

- Bəzi təxribatçı media qurumu vasitəsi ilə, o, AXC-nin hakimiyyətə gəlməsini, Lənkərandakı hərakatçı gənclərin qumbaraatanla İcra Hakimiyyətinin binasına atəş açaraq oranı nəzarətə götürmələrini səbəb kimi göstərir. Amma onun döyüş mövqeyini tərk etməsinə belə şeylər səbəb ola bilməzdi. Axı, o, Baş Qərargah rəisinin əmri ilə gəlmişdi. Onun müdafiə mövqeyini özbaşına tərk etməsi cinayət idi.

- Maraqlıdır, onlar gedəndən sonra ərazidə vəziyyət nə yerdə qaldı?

- Onun qüvvələrini geri çəkməsi vəziyyəti daha da gərginləşdirdi. Təkcə qüvvə azlığı yaşamadıq. Bu addım həm də orada gecəsini gündüzünə qatan döyüşçülər arasında mənəvi-psixoloji ruh düşkünlüyü yaratdı...

Elgün Gəncimsoy
Ordu.az
Ordu.az

Teqlər: Xocavənd-batalyonu   Eyvaz-Hüseynov  

Eyvaz Hüseynovdan seperatçılara cavab: “Onun mövqeyini özbaşına tərk etməsi cinayət idi” – MÜSAHİBƏ (FOTOLAR)

2018/09/4-1537773890.jpg
Oxunub: 5622     11:17     24 Sentyabr 2018    