İsrail donanması Suriya sularına daxil olub

2018/09/42229-1537768682.jpg
Oxunub: 411     10:00     24 Sentyabr 2018    
Rusiyanın İl-20 təyyarəsinin qalıqlarını axtaran İsrail donanmasına məxsus qayıqlar Suriyanın su məkanına daxil olub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Suriya ordusuna yaxın mənbə bildirib.

Mənbənin sözlərinə görə, İsrail donanması axtarışları Rusiya donanması ilə əməkdaşlıq çərçivəsində həyata keçirir.

O, Rusiyanın Suriya donanmasına axtarış aparılan bölgəyə yaxınlaşmama və zonada baş verənlərlə bağlı heç bir məlumatı ictimailəşdirməmə göstərişi verdiyini iddia edib.

Xatırladaq ki, sentyabrın 17-də Suriya havadan müdafiə qüvvələri İsrail təyyarələrini hədəf alarkən yanlışlıqla Rusiya təyyarəsini vurub. Hadisə zamanı təyyarədə 15 nəfərlik hərbi heyət olub.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: İsrail   Suriya   İl-20  

İsrail donanması Suriya sularına daxil olub

2018/09/42229-1537768682.jpg
Oxunub: 412     10:00     24 Sentyabr 2018    