Çin ABŞ-la hərbi danışıqları dayandırıb

2018/09/ak_ru-1537767827.jpg
Oxunub: 502     09:42     24 Sentyabr 2018    
Çin ordusu Birləşmiş Ştatların sanksiyalarına etiraz olaraq ABŞ-la yaxın gələcək üçün hərbi dialoqu dayandırıb.

Ordu.az xəbər verir ki, bu barədə Çin Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Çinin Rusiya ilə hərbi əlaqələri gücləndirməsi və onun “Rosoboronexport” firması ilə ticarət əməkdaşlığından dolayı ötən həftə ABŞ Çin hərbi rəsmilərinə və qurumlarına qarşı sanksiya tətbiq etməyə başlayıb.

Buna cavab addımı kimi Çin dünən ABŞ-ın ölkədəki səfiri Terri Branstad və hərbi attaşet Deyvid Menserə etiraz notası verib.

Eyni zamanda Müdafiə Nazirliyi yazılı bəyanat yayaraq, hazırda ABŞ-da 23-cü Beynəlxalq Dəniz Gücü Simpoziumunda iştirak edən Çin donanmasının komandanı vitse-admiral Şen Cinlonqun geri çağırılacağını qeyd edib.

Üstəlik Çin ABŞ və Çin Baş Qərargah nümayəndələri arasında bu həftə baş tutması planlaşdırılan və rabitə mexanizmlərinin müzakirə ediləcəyi ikinci görüşü qeyri-müəyyən müddətə təxirə salıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Çin   ABŞ   Hərbi-danışıqlar  

Çin ABŞ-la hərbi danışıqları dayandırıb

2018/09/ak_ru-1537767827.jpg
Oxunub: 503     09:42     24 Sentyabr 2018    