“Hizbullah” qruplaşması özünün yeni dron və raketlərini təqdim edib

2018/09/received_984953931689493_1537638430.jpeg
Oxunub: 757     21:42     22 Sentyabr 2018    
“Hizbullah” qruplaşması Livanın cənubunda İsraillə sərhəd yaxınlığında yerləşən hərbi muzeylərdən birində özünün yeni silahlarını təqdimatını edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı qruplaşmaya yaxınlığı ilə tanınan Yaxın Şərq Media Tədqiqat İnstitutu (MEMRI) yayıb.

Bildirilib ki, qruplaşma tərəfindən təşkil edilən sərgidə bir sıra raketlər və dronlar nümayiş etdirilib.

Məlumata əsasən, təqdim edilən hərbi vasitələr 75 km zərbə radiusuna sahib təkmilləşdirilmiş “Xeybər” yaxın mənzilli ballistik raketləri, həmçinin “Mirşad-1” və “Mirşad-2” pilotsuz uçuş aparatları olub.

Qeyd edək ki, silahların bəziləri 2006-cı ildə İsraillə baş verən müharibədə istifadə olunsa da, bir çoxu ən son təkmilləşdirilmiş hərbi vasitələr olub.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: İsrail   MEMRI   Hizbullah  

“Hizbullah” qruplaşması özünün yeni dron və raketlərini təqdim edib

2018/09/received_984953931689493_1537638430.jpeg
Oxunub: 758     21:42     22 Sentyabr 2018    