Kanada F-18 qırıcıları alacaq

2018/09/received_2219780144760978_1537634035.jpeg
Oxunub: 332     19:31     22 Sentyabr 2018    
Kanada Hərbi Hava Qüvvələri Avstraliyadan F-18 qırıcıları alacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Kanada Müdafiə naziri Dan Le Busiliye bildirib.

O qeyd edib ki, tərəflər arasında uzun müddətdir ki, məsələ ilə bağlı danışıqlar aparılır və bu danışıqların məntiqi yekun olaraq ötən gün razılıq əldə edilib.

Razılığa əsasən Kanada Avstraliya ordusunun xidmətindəki 25 ədəd F-18 qırıcısını əldə edəcək.

Rəsmi məlumata əsasən, növbəti il ərzində təhvil veriləcək qırıcılar üçün Kanada Avstraliyaya təxminən 500 milyon dollar ödəyəcək.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Kanada   Avstraliya  

Kanada F-18 qırıcıları alacaq

2018/09/received_2219780144760978_1537634035.jpeg
Oxunub: 333     19:31     22 Sentyabr 2018    