“Türkiyənin istifadə etdiyi hərbi təchizatın 65 faizi yerli məhsuldur” – Ərdoğan

2018/09/zzz-1537625995.jpg
Oxunub: 513     18:36     22 Sentyabr 2018    
“Türkiyə yerli müdafiə sənayesinin inkişafı üçün gərəkli addımları bundan sonra da atmağa davam edəcək”.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən ilk kosmik və texnoloji festival olan TEKNOFEST-də çıxış edərkən bildirib.

O qeyd edib ki, Türkiyə uzun müddət texnologiyanın sadəcə olaraq istifadəçisi olub, özünün bu baxımdan tam müstəqilliyi üçün heç bir addım atmayıb.

“Türkiyə artıq bir çox sahədə olduğu kimi hərbi sənayedə də əhəmiyyətli addımlar atır. Özünün yerli məhsullarını istehsal edərək xaricdən asılılığı minimuma endirir. Hazırda Türkiyə ordusunda istifadə edilən hərbi vasitələr 65 faiz yerli istehsala əsaslanır”, - deyə Ərdoğan bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Türkiyə   TEKNOFEST   Hərbi-Sənaye  

“Türkiyənin istifadə etdiyi hərbi təchizatın 65 faizi yerli məhsuldur” – Ərdoğan

2018/09/zzz-1537625995.jpg
Oxunub: 514     18:36     22 Sentyabr 2018    