İranda terror hücumunda ölənləri sayı 29-a yüksəlib

2018/09/FJDKK-1537614439.jpg
Oxunub: 819     15:41     22 Sentyabr 2018    
İranın Əhvaz vilayətində hərbi parad zamanı baş verən terror hücumundan zərərçəkənlərin sayı artmağa davam edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı İran parlamentinin üzvü Müctəbə Zənnur bildirib.

O qeyd edib ki, əldə edilən ən son məlumata görə hadisə nəticəsində ölənlərin sayı 29-a, yaralananların isə 57-ə yüksəlib.

Rəsminin sözlərinə görə, hadisənin tələfatları ilə bağlı rəqəmlərin daha da artacağı istisna edilmir.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: İran   Terror   Əhvaz  

İranda terror hücumunda ölənləri sayı 29-a yüksəlib

2018/09/FJDKK-1537614439.jpg
Oxunub: 820     15:41     22 Sentyabr 2018    