Netanyahu Suriyada Rusiya ilə əlaqələrin davamına göstəriş verib

2018/09/zasa--1537604958.jpg
Oxunub: 391     12:28     22 Sentyabr 2018    
İsrail Baş naziri Benyamin Netanyahu Hərbi Hava Qüvvələrinə Suriyada Rusiya ilə əlaqələri davam etdirmək barədə göstəriş verib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

“Bu gün səhər Baş nazir Benyamin Netanyahu təhlükəsizlik blokunun liderliyi ilə görüş keçirib. Görüşdə o, Moskva səfərindən yenicə qayıtmış İsrail HHQ-nin komandanı Amikam Norkinin əhatəli hesabatını dinləyib. Baş nazir Rusiya ilə mütəmadi əlaqələrin davam etdirilməsinə göstəriş verib”, - deyə bəyanatda qeyd edilir.

Qeyd edək ki, Rusiyaya məxsus İl-20 təyyarəsinin Suriya havadan müdafiə qüvvələri tərəfindən vurulmasından sonra İsrail HHQ-nin komandanı Moskvaya gedərək sözügedən məsələ üzrə məlumatların mübadiləsini həyata keçirib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər:

Netanyahu Suriyada Rusiya ilə əlaqələrin davamına göstəriş verib

2018/09/zasa--1537604958.jpg
Oxunub: 392     12:28     22 Sentyabr 2018    