Keçmişdən bu günə Şahdağa kursant yürüşü

2018/09/e5a97-1537604045.jpg
Oxunub: 632     12:13     22 Sentyabr 2018    
Tədris prosesi təkcə proqram materiallarının, bu və ya digər fənnin tədrisi ilə məhdudlaşmır. Bu proses həm də milli-mənəvi dəyərlərin aşılanması deməkdir. Bu baxımdan xalqın tarixi, dövlətin əhatələndiyi ərazinin təbii zənginliklərinin tanıdılması, sevdirilməsi də mühüm əhəmiyyətə malikdir. Bu fikirlər zabit kadrları hazırlığına da aiddir.

Azərbaycanda hərbi təhsil Cümhuriyyət dövrü ilə bağlıdır. Yaradılan, formalaşan hərbi təhsil müxtəlif dövrlərdə müxtəlif adlarla fəaliyyət göstərən məktəblərdə uğurla aparılıb.

Qroznıdan Gürcüstana - Duşeti şəhərinə, oradan Bakıya köçürülən hərbi məktəb fəaliyyətini Bakı Piyada Məktəbi kimi davam etdirdi.

1934-1935-ci tədris illərində Bakı Piyada Məktəbinin birləşmiş kursant bölüyünün Şahdağa alpinizm yürüşü oldu. Dəniz səviyyəsindən 4250 metr yüksəklikdə olan Şahdağa bu ekspedisiya sentyabrın 24-də başladı və iki sutkadan sonra yüksəklikdə bayraq dalğalandırıldı. Bu zirvənin fəthi Bakı Piyada Məktəbinin birləşmiş kursant bölüyünün əzminin, iradəsinin təntənəsi idi. O illərdə belə bir ekspedisiyanın təşkili və icrası asan deyildi; texniki vasitələr indiki qədər təkmilləşməmişdi, modernləşməmişdi. Ancaq təmsil etdiyi məktəbə şöhrət gətirmək istəyi vardı, bir də kifayət qədər yüksək fiziki hazırlıq, məsuliyyət vardı...

Şahdağın fəthinə aid sənədlər, marşrutun təsviri, fotoşəkillər Zaqafqaziya Hərbi Dairəsinin qərargahına göndərildi. Bu, müəyyən mənada ekspedisiya haqqında hesabat idi və bu yürüş məktəbə bu formatda şöhrət gətirmişdi.

Yaxşı, gərəkli təşəbbüs təqdir olunur, yaşadılır. Qələbə əzmi aşılayan bu tədbir sonralar da davam etdirilib; o əzm estafet kimi növbəti illərin kursantlarına ötürülüb. Belə ekspedisiya 1952-ci ildə də təşkil olunub və uğurla başa çatdırılıb. Kursant-idmançılar "SSRİ alpinisti" nişanı ilə təltif olunub. Bu, qazanılan uğurun təsdiqi idi. Ekspedisiyalar məktəbdə dağ hazırlığının tərkib hissəsindən biri oldu.

Ekspedisiya həm də tanıtma, sevdirmə missiyası olub. Şahdağın landşaftı buzlaqdı, şəlalələrdən, dağ yamaclarından ibarətdir, ecazkarlığı valehedicidir. Belə bir mənzərə təbii ki, kursantların vətənpərvərliyində əhəmiyyətli rol oynayacaqdı.

Şahdağ massivində dəniz səviyyəsindən 3700-3800 yüksəklikdə qayalar arasında iki yol var. Bu yüksəklikdə göl təbiətin möcüzəsidirmi? O göllərə yol Şahdağın "Qərb darvazasından" başlayır. Qışda temperatur mənfi 20 dərəcədən də aşağı olur ki, bu da Şahdağ şəlalələrini dondurur.

Yarandığı gündən ordunu zabit kadrları ilə komplektləşdirən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində şəxsi heyətin mənəvi-psixoloji hazırlığı ilə bağlı müxtəlif məzmunlu tədbirlər də həyata keçirilib. Məzmunundan, mahiyyətindən asılı olaraq belə tədbirlərin əksəriyyəti həm kursantların fiziki hazırlığının yüksəldilməsinə, həm də onların dünyagörüşünün formalaşmasına, vətənpərvərlik duyğularının çinləşməsinə yönəldilib. Zamanında müxtəlif adlarda fəaliyyət göstərmiş məktəbdə tədris prosesi ilə müəyyən mənada bağlı olmayan gələcək zabitlərin Vətənə sevgisini dərinləşdirməyə xidmət edən zirvələrin fəthi də həyata keçirilib. Bu tədbir, mahiyyəti etibarilə qələbə ruhunun formalaşdırılması deməkdir; təbiətlə mübarizədə qələbə qazanılır, qələbənin sevinci yaşanılır, yaşadılır. Belə tədbirlər zabitlərin rəhbərliyi ilə bu və ya digər yüksəkliyi fəth edən kursant idmançılar üçün təlim prosesində də əhəmiyyətli olur - məsuliyyət hissi təlimin tərkib hissələrindəndir...

Şahdağa Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildikdən, Ali Hərbi məktəb Azərbaycanın yurisdiksiyasına keçdikdən sonra da ekspedisiya təşkil olunub.

Mirqiyas Rüstəmov, H.Əliyev adına AAHM
Ordu.az

Teqlər: Şahdağ   Kursant  

Keçmişdən bu günə Şahdağa kursant yürüşü

2018/09/e5a97-1537604045.jpg
Oxunub: 633     12:13     22 Sentyabr 2018    