Erməni hərbçilər içkili vəziyyətdə polis postuna daxil olublar - Qəza (FOTOLAR+VİDEO)

2018/09/42358-6150408248.jpg
Oxunub: 2382     11:19     22 Sentyabr 2018    
Ermənistan müdafiə nazirliyinin əməkdaşları içkili vəziyyətdə qəza törədərək polis postuna daxil olublar.

Ordu.az shamshyan.com-a istinadən xəbər verir ki, sentyabrın 17-də Artaşat yolunda yol polisinin daimi nəzarət məntəqəsində (“Norqavit QAİ postu” kimi tanınır) baş verən qəza ilə əlaqədar materiallar toplanarkən məlum olub ki, "Toyota" markalı avtomobili idarə edən 25 yaşlı Narek Vardanyan, sərnişin isə 30 yaşlı Aram Arakelyan olub.

Yoxlama zamanı, onların hər ikisinin içkili olduğu məlum olub. Hadisə yerində 25 yaşlı Vardanyan polislərə izahat verərkən sürücünün 30 yaşlı Arakelyan olduğunu sübut etməyə çalışıb.

Məlumata görə, 30 yaşlı Aram Arakelyan kapitan rütbəsində, 25 yaşlı Narek Vardanyan isə gizir rütbəsində olmaqla Ermənistan müdafiə nazirliyinin hərbi hissələrindən birində xidmət edirlər.

Fakt üzrə toplanan materiallar Ermənistan istintaq komitəsinin İrəvan şəhər istintaq idarəsinə göndərilib.

Xatırladaq ki, sentyabrın 17-də gecə saat 05:00 radələrində İrəvan şəhərində “kaskadyorluq” əlamətləri ilə avtoqəza baş verib. Armavir şəhər sakini 30 yaşlı Aram Arakelyan idarə etdiyi "Toyota Camry" markalı avtomobillə İrəvana doğru hərəkət edərkən yolun hərəkət hissəsindən çıxmış Artaşat yolunda yol polisinin daimi nəzarət məntəqəsinin (“Norqavit QAİ postu” kimi tanınır) divarına çırpılaraq, nəzarət məntəqəsinin içərisinə daxil olub. Nəticədə sərnişin və sürücü müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya təxliyyə ediliblər.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Qəza   Ermənistan-ordusu  

Erməni hərbçilər içkili vəziyyətdə polis postuna daxil olublar - Qəza (FOTOLAR+VİDEO)

2018/09/42358-6150408248.jpg
Oxunub: 2383     11:19     22 Sentyabr 2018    